Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

ABŞ İRANI VURARSA... Və yaxud Tehran son vaxtlar niyə Bakıya yaxınlaşmağa çalışır?

ABŞ İRANI VURARSA... Və yaxud Tehran son vaxtlar niyə Bakıya yaxınlaşmağa çalışır?

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada mövcud olan  bütün xalqlar dinc, təhlükəsiz və yaxşı yaşamaq hüququna malikdirlər. Reallıqda müxtəlif millətlərə aid sadə xalqlar  bir-biri ilə normal davranır: dostluq edir, hətta ailə qurub qohum olurlar.
Lakin bu  xalqların şovinist insanları siyasətlə məşğul olub ; dövlət rəhbərliyinə gələndə  fəlakət baş verir. Münaqişələr,  müharibələr başlayır. Ölkələr şəhərlər, kəndlər dağılır. Dinc günahsız adamlar ölür, şikəst olur, milyonlarla insan əziyyət çəkir.

İran İslam Respublikasını idarə edən  şovinistlər  də yürütdükləri  siyasətləri ilə İranda yaşayan bürün xalqlara  eləcə də sadə farslara zülm  edirlər. Onlar  rəsmi dövlət ordusundan əlavə  yaratdıqları  silahlı hərbi  təşkilatlarından  istifadə edərək, terror aktları, sui-qəsdlər, diversiyalar törədirlər. Nəticə etibarı ilə bölgədə sabitliyi pozurlar. "Geosiyasi" mübarizə adı altlnda  xalqların rahat , dinc şəraitdə  yaşamasına mane olurlar.
Fars şovinist  siyasətçilərinin   yaratdıqları və idarə etdikləri "Hizbullah", HƏMAS, "Əl Sabirin", "Ləşkəri-Zeynəb", "Fatimiyyun", "Qətaib Hizbullah", "Əsaib Əhl əl Haq", "Ləşkəri Məhdi əbu Dəraa", "Hərəkat əl Şeybani", "Qətaib Seyid əl Şühəda", "Hərəkət əl Nucab", "Səraya əl Cihad", "Ləşkəri Əbu əl Fəzl əl Abbas", "Cündül Muztara", "Liva Əbul Fədl əl Abbas", "Ceyş əl Müəmməl", "Əl Həşd əl Vətəniyyə", "Liva Əli əl Əkbər", "Liva Əhrar əl İraq", "Hüseyniyyun", "Əl Həşd əş Şaabi", "Səraya əl Xorasan", "Ləşkəri-Aşura" və bir çox silahlı  qruplaşma  vasitəsilə xarici ölkələrdə proksi-savaşlar aparır, terror aktları törədir. Bununla rəqiblərini qorxuzmağa çalışırlar.
Bir müddət əvvəl İran Prezidentinin siyasi müşaviri Mehdi Sənayi Azərbaycan Respublikasına  gəlmişdi.
Mehdi Sənayi Azərbaycanın  dövlət başçısı İlham Əliyevin  qəbulunda olmuşdu. Bundan başqa, xarici işlər naziri Ceyhun Bayramovla və prezidentin köməkçisi Hikmət Hacıyevlə də  görüşmüşdü.
Maraqlıdır, Azərbaycan rəhbəri İran prezidenti Pezeşkianı dəfələrlə ölkəmizə dəvət edib. Xüsusiylə BMT-nin  COP29 Beynəlxalq tədbiri Bakıda keçiriləndə İran Prezidentinin ölkəmizə gəlişi daha məntiqli və effektli ola bilərdi. Lakin bu günə kimi  Pezeşkianın Azərbaycana səfəri baş tutmayıb. NİYƏ?
Əslində səbəb aydındır. Reallıq budur ki, İran İslam Respublikasında siyasi qərarları İranın dini lideri Əli Xomneyi verir. Məsud  Pezeşkian əslən azərbayanlı olsa da , İranın  dini liderinin razılığı olmasa Bakıya gələ bilməz.
Bu həqiqətlər fonunda İran Prezidentinin Siyasi məsələlər üzrə müşavirinin  Azərbaycan dövlət rəsmiləri ilə görüşlərinin məqsədi nə ola bilər..? Məsələ burasındadır ki, ABŞ prezidenti  Donald Tramp İrana qarşı irəli sürdüyü  şərtləri qəbul olunmadığı təqdirdə bu ölkəni müharibə ilə hədələyib. Bu səbəbdən, son günlər İran siyasi rəhbərliyində müharibə qorxusu yaşanır. Belə ki, "Mehr" Agentliyinin hökumətə istinadən yaydığı məlumatda İranın hava məkanını bağladığı bildirilir.

İranda müharibə olarsa, güneyli soydaşlarımızın taleyi necə olacaq?.. Azərbaycanın dövlət başçısı İlham Əliyev  dəfələrlə bəyan edib ki, Azərbaycan  50 milyonluq azərbaycanlının vətənidir və O, bütün azərbaycanlıların prezidentidir. Bu gün  güneyli azərbaycanlılar da bunu belə görür.

1925-ci ildə  - Qacarlar hakimiyyətdən gedəndən sonra İranı idarə edənlər Azərbaycançılıq yox ;  İrançılıq ideologiyasından çıxış edirlər. Onlar digər xalqları gəlmə və azlıq kimi görür və onların farslaşmasını istəyirlər. Azərbaycanlıları  özlərinə düşmən kimi  görürlər. Məhz bu səbəbdən  Azərbaycan  Prezidenti dəfələrlə İran Prezidenti Məsud  Pezeşkianı dəvət etsə də bu günə  kimi Pezeşkianın Azərbaycana səfəri baş tutmayıb.

İran İslam Respublikasının siyasi rəhbərliyi  həmişə  Azərbaycana qarşı olub. Bizimlə düşmənçilik edən ermənilərdən daha çox erməni olub, onların tərəfini saxlayıblar. İndi isə İran prezidentinin  Azərbaycana gəlişi yenidən  müzakirə olunur. 

İran prezidentinin Bakıya ehtimal olunan səfərinin məqsədi nə ola bilər...?! Bu məsələ çox mühüm və düşündürücüdür. Biz bilməliyik ki, İran İslam Respublikasının  məmurları Azərbaycanı sevərək , dostluq niyyəti ilə gəlirlər ya  məqsədləri başqadır... Məlumdur ki, Suroyada  uduzan , proksiləri [  "Hizbullah",  "Həmas" və s ...] zəyifləyən, xüsusilə  Trampın təhdidlərindən sonra İran sıxışmış - çətin vəziyyətdədir. Proksiləri daha əvvəlki kimi İranı uzaqdan müdafiə edə bilmir. İndi İran öz sərhədlərini qorumaq məcburiyyətində qalıb.

İsrail İranın hava hücumundan müdafiə sistemlərini -  Rusiyadan aldığı S-300-ləri vurub, dağıdıb. İran bir tərəfdən İsrail tərəfindən sıxışdırılır, digər tərəfdən ABŞ-ın  ultimatumuna məruz qalıb. Belə vəziyyətdə İran rəsmiləri nə üçün  Azərbaycana gəlməyə çalışır..?! Fikrimizcə, bunun səbəbləri aşağıdakılardır:

1. Tehran siyasətçiləri  istəyir ki, İranın Azərbaycanla yaxın olduğunu göstərsinlər.

2. Bakı Vaşinqtonla  strateji tərəfdaşlıq etməsin.

İran  rəsmiləri həmişə üzdə bizimlə  dostuqdan danışıb , gizlində isə bizə qarşı  fəaliyyət göstərib. Çox güman ki , İran Prezidenti  dini rəhbərin göstərişi  ilə  bu səfərində  dostluqdan , qardaşlıqdan danışıb 
Bakını öz tərəfinə çəkməyə çalışacaq. Amma reallıqda  bütün bunlar yenə sözdə olacaq , əməldə özünü göstərməyəcək. Çünki İran əvvəllər də verdiyi sözə, hətta imzaladığı rəsmi sənədlərin şərtlərinə əməl etməyib. Məsələn:

- Əvvəllər də  İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Şimal-Cənub xəttinin açılması üçün gəlmişdi. Azərbaycan tərəfinin  maliyyə məsələlərini öz öhdəsinə götürməsinə baxmayaraq, İran neçə ildir 50 kilometrlik Rəşt -  Astara  qatar yolunu işə salmayıb. Açıq-aydın görünür ki, Şimal-Cənub xətti İran üçün önəmli deyil. Tehran  istəyir ki, Azərbaycan üçün önəmli olan Şərq-Qərb, yəni Çin, Mərkəzi Asiya-Transxəzər-Azərbaycan və Türkiyədən keçən "ORTA DƏHLİZ"  İran ərazisindən keçsin.

- İsrail-Azərbaycan-ABŞ tərəfdaşlığı pozulsun. İran rəsmiləri bilir ki, son günlər Güney Azərbaycanın istiqlalı haqqında İsraildə çoxlu məqalələr yazılır. Bu məqalələrin əksəriyyəti çox ciddi qəzetlərdə və saytlarda çap olunur. Bu məqalələri İranla konflikdə olan ABŞ siyasətçiləri də oxuyurlar. 

Bəşər Əsədin dövründə  Suriyada "at oynadan"  İranın yerini Türkiyə tutub. Türkiyə ilə Azərbaycan arasında  strateji , hərbi müttəfiqliyi özündə əks etdirən rəsmi  Şuşa bəyannaməsi mövcuddur.
Qardaş ölkə olan Türkiyə həmişə Azərbaycanın yanındadır.

- Yaxın günlərdə  Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Urmiyada gedən etirazları göstərdi ki, Azərbaycanlılara  qarşı oynadığı oyunlar  İranın  özünə qayıdır. İran Çinlə,  Rusiya ilə dostluq edir. Rəsmi Bakı da yürütdüyü balanslı siyasət sayəsində həm Çinlə, həm də Rusiya ilə işgüzar əlaqələr saxlayır.
Bundan başqa, Bakının Böyük Britaniya, Avropa Burliyi ölkələri ilə də yaxşı əlaqələri var. İran İslam Respublikası isə belə geniş əlaqələrdən məhrumdur. Bu reallıqlar göstərir ki, sıxışmlş və zəif duruma düşmüş İran Azərbaycana yaxınlaşmaqla başının üstünü alan təhlükələrdən qurtulmağa çalışır.

Hesab edirik ki, baş verən bütün bu hadisələri kompleks qaydada təhlil etməliyik. İran rəsmilərinin   sözlərinə inanıb Azərbaycanın Güneyində yaşayan soydaşlarımızın taleyinə biganə qalmamalıyıq.
Şimali Azərbaycanın da, Cənubi Azərbaycanın da  arzusu  odur ki, İlham Əliyevin dediyi Azərbaycançılıq ideologiyası davam etsin. Azərbaycançılıq  soydaşlatımızı birləşdirən əsas ideologiyadır.

Qəvami  SADIQBƏYLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see201

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see196

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see158

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see158

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see131

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see127

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see120

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri