Icma.az
close
up
RU
İrəvan anlamalıdır ki, onun sülhdən başqa alternativi yoxdur...

İrəvan anlamalıdır ki, onun sülhdən başqa alternativi yoxdur...

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi bölgə xalqlarının maraqlarına cavab verir. Azərbaycan daim bu istiqamətdə təşəbbüslər göstərib və göstərməkdədir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranıb. Ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar bölgədə sülhün təmin olunması üçün ümidləri artırır.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, Vaşinqton Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması tarixi hadisədir:

“Bu görüşdən sonra 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Həmin görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir”.

Deputat bildirib ki, belə bir şəraitdə bugünlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanacağını bəyan etməsi ciddi suallar doğurur:

“Nəzərə alaq ki, sülh sazişinin indiyədək imzalanmamasının səbəbi Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmamasıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu ölkənin konstitusiyasında müvafiq dəyişikliklər edildikdən sonra sülh sazişi imzalanacaq. Erməni tərəfi isə konstitusiya dəyişiklikləri ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini açıqlamışdı. Paşinyan yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müstəqillik bəyannaməsinə istinad edilməməsinin zəruriliyini vurğulayıb. Əgər gələn il referendum keçirilərsə və ermənilər yeni layihəyə səs verərsə, sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Lakin Paşinyanın son açıqlaması sülh sazişinin gələcəyi üçün təhlükə yaradır”.

Millət vəkilinin fikrincə, N.Paşinyanın bir tərəfdən sülh sazişinin əhəmiyyətindən, regional kommunikasiyaların açılmasının zəruriliyindən danışması, digər tərəfdən isə 2031-ci il açıqlaması rəsmi İrəvanın qeyri-müəyyənliyindən xəbər verir. Bu yanaşma erməni tərəfinin ziddiyyətli mövqeyinin göstəricisidir.

“Əgər sülh Ermənistanın gələcəyi üçün önəmlidirsə, onun imzalanması və ratifikasiyası niyə 2031-ci ilədək uzadılmalıdır? Paşinyanın bu mövqeyi Ermənistanın daxili və xarici siyasətindəki ziddiyyətlərlə bağlı ola bilər. Digər tərəfdən, rəsmi İrəvanın Fransadan və Hindistandan hücum silahları almağa davam etməsi də ciddi suallar doğurur” – deyən Samir Vəliyevin əlavə edib ki, erməni tərəfi bu məsələlərə aydınlıq gətirməlidir.

“Nəzərə alaq ki, əgər yekun sülh sazişinin imzalanması həqiqətən də 2031-ci ilədək təxirə salınarsa, bu, artıq əldə olunmuş razılaşmaların praktiki nəticələrə çevrilməsinin ləngiməsinə səbəb olacaq. Yaxud, əgər erməni tərəfi yeni silahlar alaraq Azərbaycana güc nümayiş etdirməyə çalışarsa, ordumuz yenə də dəmir yumruğu işə salacaq. Ermənistan anlamalıdır ki, onun sülhdən başqa alternativi yoxdur”, – deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri