Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

İrəvan üçün sülhün alternativi yoxdur

İrəvan üçün sülhün alternativi yoxdur

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ermənistan–Türkiyə əməkdaşlığı Azərbaycanla sülhə bağlıdır

Ermənistanın uzun illər apardığı işğalçılıq siyasəti təkcə Azərbaycanla münasibətlərə deyil, bütövlükdə regionun siyasi ab-havasına mənfi təsir göstərib. Bundan ən çox zərər çəkən tərəf elə Ermənistanın özü olub. “Böyük Ermənistan” kimi xülyalara qapılan və türklərə qarşı nifrət ritorikasından əl çəkməyən hay siyasi dairələri uzun müddət yalnız qonşuların torpaqlarını işğal etmək barədə düşünüblər. Bu yanaşma nəticəsində Ermənistan qonşuları ilə normal münasibətlər qura bilməyib, regional iqtisadi layihələrdən kənarda qalıb və inkişaf imkanlarını itirib.

1993-cü ildə qardaş Türkiyə işğalçı siyasətə etiraz əlaməti olaraq Ermənistanla sərhədlərini bağladı. Ermənistan silahlı birləşmələri Kəlbəcəri işğal etdikdən sonra, 1993-cü il aprelin 3-də rəsmi Ankara bu ölkə ilə bütün sərhədləri bağlandığını, dəmir yolu və aviasiya əlaqələrinin, eləcə də tranzit ticarət marşrutlarının dayandırıldığını bəyan etdi. Bundan sonra qarşılıqlı münasibətlər yeni mərhələyə keçid etdi. Ermənistanın “soyqırımın tanınması” yönündə təşəbbüsləri, Türkiyənin isə “birgə komissiya yaradılması” təklifi bu dövrün əsas müzakirə mövzusuna çevrildi. Sonrakı dövrlərdə iki ölkə arasında münasibətlərin yaxşılaşmasını istəyən ABŞ administrasiyası (Corc Buşun prezidentliyi dövründə) Türkiyə və Ermənistanın xarici işlər nazirlərinin beynəlxalq platformalarda görüşməsini təmin etdi. Amma bu görüşlərin heç biri gözlənilən nəticəni vermədi.

Hazırkı mərhələdə Ermənistan rəhbərliyi başa düşür ki, sülh sazişi həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına xidmət edir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress” agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan–Ermənistan sülh sazişinin imzalanması mümkün qədər qısa müddətdə baş tutmalıdır və bu, mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq. Onun sözlərinə görə, bu il martın 13-də sazişin mətninin razılaşdırılması barədə açıqlama verildikdə Ermənistan tərəfi sənədi qısa müddətdə imzalamağa hazır olduğunu bildirmişdi. Avqustun 8-də sazişin paraflanması isə bu mövqeyi bir daha təsdiqləyib və beynəlxalq miqyasda geniş dəstək qazanıb. Deməli, Ermənistan artıq anlayır ki, sülh müqaviləsi imzalanmadan ölkənin qarşısında yeni inkişaf imkanları açılmayacaq.

Məsələnin diqqətçəkən tərəfi odur ki, Ermənistan–Türkiyə münasibətləri birbaşa Azərbaycanla sülhün imzalanmasına bağlıdır. Qeyd etmək vacibdir ki, Ermənistanla Türkiyə arasında yeni mərhələnin başlanması ilə bağlı yayılan məlumatlar regionda böyük maraq doğurub. Bir müddət öncə tərəflər diplomatik pasporta malik üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədin açılması barədə razılığa gəlmişdilər. Lakin bu razılaşmanın icrası hələ də reallaşmayıb. Türkiyə mediasının xüsusi olaraq vurğuladığı kimi, hazırda iki ölkə arasında hava yükdaşımalarının həyata keçirilməsi münasibətlərin praktiki müstəviyə keçməsi baxımından önəmli məqam kimi qiymətləndirilir. ŞƏT sammitindən geri dönərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi açıqlamasında Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində konkret addımların müzakirə edildiyini təsdiqləyib. Həmin sammit çərçivəsində Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də Rusiya və İran liderləri ilə görüşlər keçirib.

* * *

Bu günlərdə İrəvanda Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyan altıncı dəfə görüşərək, münasibətlərin tam normallaşdırılması yollarını müzakirə ediblər. Görüşdə 2022-ci il 1 iyul razılaşmasına əsasən sərhəd-keçid məntəqələrinin açılması, Gümrü–Qars dəmir yolunun və enerji birləşdiricisinin bərpası üçün texniki tədqiqatların aparılması qərara alınıb. Bundan başqa, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, Ani/İpək Yolu tarixi körpüsünün bərpası, tələbələr üçün təqaüdlərin ayrılması, avia əlaqələrin artırılması və 2026-cı ildən yeni uçuşların başlaması müzakirə mövzusu olub. Ən önəmlisi isə tərəflər hər hansı ilkin şərt qoymadan normallaşma prosesini davam etdirmək öhdəliyini bir daha təsdiqləyiblər.

Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan yekun sülh sazişini imzaladıqdan sonra Ankara da Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atacaq. Onun sözlərinə görə, Vaşinqtonda imzalanan sənəd hələ yekun sənəd deyil və əsas sənədin 2026-cı ilin birinci yarısında imzalanması gözlənilir.

Bu açıqlama bir daha təsdiqləyir ki, bölgədə sülhün bərqərar olması, kommunikasiyaların açılması və münasibətlərin normallaşdırılması üçün açar rolunu məhz Azərbaycan–Ermənistan sülh müqaviləsi oynayır. 30 il təcrid vəziyyətində yaşayan Ermənistan anlayır ki, vəziyyətdən çıxış yolu qonşularla münasibətlərin normallaşdırılmasından keçir. Azərbaycanla sülh sazişi, Türkiyə ilə münasibətlərin bərpası, ticari, enerji əməkdaşlıq layihələrində iştirak və regional inteqrasiya Ermənistan üçün alternativsiz yoldur. Sülhün institusionallaşdırılması isə təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni imkanlar açacaq, regionun təhlükəsizlik və sabitlik mühitini möhkəmləndirəcək.

Toğrul İSMAYIL,
Ankara Universitetinin professoru, politoloq

Türkiyə ilə Ermənistan arasında İrəvanda keçirilən altıncı görüş regionda diplomatik dinamikanın davamlı şəkildə inkişaf etdiyini göstərir. Tərəflərin əvvəlki razılaşmaları təsdiqləməsi danışıqların ardıcıllığını və müəyyən etimad mühitinin formalaşdığını ortaya qoyur. Bu, həm də iki ölkənin uzun illər davam edən qarşıdurmadan sonra daha praqmatik yanaşmaya meyilləndiyini göstərən mühüm siqnaldır. Hakan Fidanın açıqlaması Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq prosesini Azərbaycan–Ermənistan sülh müqaviləsi ilə əlaqələndirdiyini açıq şəkildə nümayiş etdirir.

Bu yanaşma Türkiyənin Cənubi Qafqaz siyasətində Azərbaycanın maraqlarını birinci plana çıxardığını və Ankara–Bakı strateji sinxronizasiyasının dəyişməz olduğunu sübut edir. Beləliklə, Ermənistan yalnız Azərbaycanla yekun sülh sazişinə imza atmaqla Türkiyə ilə real diplomatik irəliləyişə nail ola bilər. Bu prosesin uzanması regionda siyasi və iqtisadi imkanların tam reallaşmasının qarşısını alır. Lakin paralel addımların uğurla atılması regional kommunikasiyaların açılmasını, ticarət və enerji layihələrinin genişlənməsini mümkün edə bilər. Ermənistan üçün bu, uzun illər davam edən təcrid durumundan çıxmaq və regional iqtisadi inteqrasiyaya qoşulmaq imkanı yaradır. Türkiyə üçün isə həm Cənubi Qafqazda təsir dairəsini gücləndirmək, həm də yeni iqtisadi və logistika imkanlarını reallaşdırmaq perspektivi formalaşdırır. Ümumilikdə, İrəvanda baş tutan son görüş prosesin simvolik deyil, strateji məna daşıdığını göstərir. Əgər Ermənistan real kompromislərə gedərsə, Türkiyə ilə münasibətlərin normallaşması Cənubi Qafqazda yeni geosiyasi tarazlıq yaradacaq.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri