Icma.az
close
up
RU
İrəvan kontrastları və Kayman timsahının göz yaşları

İrəvan kontrastları və Kayman timsahının göz yaşları

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Ermənistan COP29-a niyə gəlmədi?

Bu gün COP29 çərçivəsində iqlim sammiti keçirildi. Ev sahibi kimi Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də, BMT-nin baş katibi Antoniu Quterreş açılış nitqi söylədilər. Prezident əslində qlobal səviyyəli proqram çıxışı etdi. Onun fikirləri, əlbəttə, geniş şərh olunacaq. Ancaq bəzi fikirlərin üzərində xüsusi dayanmaq istərdim.

Prezident deyib ki, Azərbaycan COP29-a sədrlik edən ölkə kimi Qlobal Cənubla Qlobal Şimalı yaxınlaşdırmağa çalışacaq. Buna Azərbaycanın Şimal, Cənub, Qərb və Şərq arasında körpü rolunu oynaması imkan verir. Bu, kifayət qədər böyük hədəflərdir və çox mühüm geostrateji layihələr deməkdir. Birqütblü dünya düzənindən çoxqütblü dünyaya keçid dövründə - tarixi mərhələdə bu layihələrdə Azərbaycan yenə də yeni çoxtərəfli tərəfdaşlıq formatlarının əsas iştirakçılarından biri olacaq. Belə bir reallığı Ermənistan və onun arxasında dayanan bəzi dövlətlər yenə də görə, qəbul edə bilmirlər. Ermənistanın özündə: "Biz yenə də vacib layihələrdən kənarda qalacağıq" deyə ekspertlər, hətta siyasətçilər həyəcan təbili çalır. Ermənistanın yeni rəhbərliyi köhnə siyasi xətti davam etdirirlər. Azərbaycan ərazilərini otuz il işğal altında saxlayanda da, Ermənistan Azərbycanı və Türkiyəni onu blokadada saxladığını deyirdi. Özü özünü təcrid vəziyyətinə salıb, Qərbə, Şərqə, Şimala çıxış üçün əlverişli öz kommunikasiya xəttlərini dağıdıb, qapayıb, sonra da blokadadan şikayət edirdi. İndi müharibədə məğlub olduqdan sonra hələ də bu yolların açılmasına qarşı çıxır və yenə də blokadadan danışır. Bu, öz balalarını ağlaya-ağlaya yeyən Kayman timsahının göz yaşlarına bənzəyir.

COP29-a münasibətdə də eyni şey baş verdi; Azərbaycan Ermənistanı dəvət etdi, ancaq onlar Bakıya gəlmək istəmədilər. Nəinki baş nazir, yaxud prezident, xarici işlər naziri səviyyəsində təmsil olundular, hətta ekologiya nazirini də göndərmədilər.

Bununla bağlı Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlama verib. O deyib: "Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının üzvü kimi bütün tərəflərə dəvət göndərib. Təəssüf ki, dəvətə baxmayaraq, Ermənistan COP29-da nümayəndə heyəti ilə təmsil olunmadı. Bununla belə Ermənistan regional əməkdaşlıqdan və tərəfdaşlıqdan danışır. Bu, bir daha onu sübut edir ki, Ermənistan yalnız özünün birtərəfli təbliğatını aparır".

Doğrudan da, Ermənistan özünü, yumşaq desək, qəribə aparır: bir yandan, özünü təcrid edir, o biri yandan, təcrid olunduğundan şikayətlənir. Sözdə tərəfdaşlığa maraqlı olduğunu söyləyir, reallıqda tərəfdaşlıqdan qaçır. COP29-un məqsədi böyük, zəngin dövlətlərin ekoloji problemlərin həllində nisbətən kiçik, çox kiçik, yoxsul ölkələri dəstəkləməsinə yönəlib. Deməli, həm də Ermənistanın xeyrinə olan bir təşəbbüsdən söhbət gedir. Ancaq rəsmi İrəvan Fransanın, başqa dairələrin diqtəsi ilə öz maraqlarına zidd addım atdı: Bakıya nümayəndə heyəti göndərmədi. Üstəlik həmin o, Fransa və sair kimi COP29-u bütün mümkün vasitələrlə siyasiləşdirməyə və gözdən salmağa çalışdı. Bunun üçün Ermənistan rəsmilərinin çıxışlarına, erməni mediasına baxmaq kifayətdir. Başı sıxışanda, necə deyərlər, quyruğu qapı arasında qalanda, BMT-nin üstünə qaçırdı, həmin Fransanın dəstəyi ilə Azərbaycan əleyhinə qətnamələr qəbul edilməsinə uğursuz cəhdlər etmişdi. Amma indi BMT-nin tədbirinə gəlmədilər. Özlərini beynəlxalq birliyin, qlobal məsuliyyətin bir hissəsi kimi görmədilər. Yenə də "qaranlıq dalan" olaraq qalmağa üstünlük verirlər. Bununla da özləri də istəmədən sübut elədilər ki, onları təcrid edən yoxdur (özlərindən başqa), tərəfdaşlığa da hazır deyillər, sadəcə, söz oyunu ilə baş qarışdırırlar. Amma hara qədər?!

Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Noyabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri