Icma.az
close
up
RU
İrəvan Kremldən ayrılmaq istəyir: Avropada isə heç kim Ermənistanı qucaqlamaq niyyətində deyil

İrəvan Kremldən ayrılmaq istəyir: Avropada isə heç kim Ermənistanı qucaqlamaq niyyətində deyil

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Avropa İttifaqına tamhüquqlu üzv olmaq istəyir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, açıqlamasında "Avropalı həmkarlarımızla müzakirələrimiz zamanı bizdən soruşdular ki, qəbul edilmiş "Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında" qanunu Ermənistanın Aİ-yə üzv olmaq istədiyini ifadə edirmi? Mənim cavabım bəli, Ermənistan Aİ-yə üzv olmaq istəyir. Aİ-yə üzv olmaq asan deyil. Buna görə də namizəd ölkənin Aİ standartlarına cavab verməsi vacibdir" sözlərini söyləyib.

Ermənistanın Avropa İttifaqına tamhüquqlu üzv olması mümkündürmü? Ermənistan Aİ standartlarına cavab verə bilirmi?

Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Paşinyanın dedikləri sadəcə bir nağıldır. Avropa İttifaqı heç Ukraynanı üzv etmir, bu halda kimdir Ermənistanı tamhüquqlu üzv kimi qəbul etsin:

"Ermənistan kimi kasıb və problemli bir ölkənin Aİ-yə üzv qəbul olunması mümkün deyil. Sadəcə Paşinyan daxili auditoriyaya oynayır. Bu gün Ermənistanda anti-Rusiya ritorikası hökm sürür. Ona görə Paşinyan Qərbə, NATO-ya inteqrasiya fonunda bu cür fikirlər səsləndirir. Lakin ortada danılmaz reallıqlar var. Yaxın illərdə Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və postsovet ölkələrindən heç birinin Avropa İttifaqına üzv olacağı real deyil. Ai-yə üzv olmadan öncə namizəd statusu verilməlidir".

Əhəd Məmmədli: İndiki halda heç kim Ermənistanı Aİ-yə yaxın buraxmaq istəmir

Ə.Məmmədlinin fikrincə, Ermənistan Rusiyadan ayrılmaq istəyir. Ancaq Avropada heç kim Ermənistanı qucaqlamaq niyyətində deyil. Çünki Avropa ölkələri problemli dövlətlərdən qaçır.

"Ermənistan müharibə yaşamış və sülh müqaviləsi olmayan bir ölkədir. İrəvan hazırda da qonşu ölkəsi olan Azərbaycanla problem yaşayır. Aİ istəsə, Ermənistanın Avropa stadartlarına uyğun olub-olmadığına önəm vermədən üzv kimi qəbul edə bilər. Sadəcə indiki halda heç kim Ermənistanı Aİ-yə yaxın buraxmaq istəmir. Bunu Paşinyan da bilir", - deyə politoloq qeyd edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 İyul 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri