İrəvan Moskva gərginliyi: Lavrovun bu sözləri Paşinyanadır
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvadakı görüşü gərgin keçib. Əslində bu gərginliyə hər iki şəxs hazır idi”.
"Cebheinfo.az" bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, Alen Simonyan Baş nazir Nikol Paşinyanın ən sadiq tərəfdarıdır, ölkəsində Rusiyanın ən sərt tənqidçilərindəndir:
“Lavrov bunu bildiyindən Moskvanın İrəvanın siyasətindən narazılığını birbaşa Simonyana bildirib. Lavrov Simonyana deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindəki üzvlüyündən faydalandığı halda Avropa İttifaqına üzvlük istəyi iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcək.
Lavrov bunu yalnız iqtisadi amillərlə izah etməyib. Rusiyalı diplomatın sözlərinə görə, İrəvan Avropa standartlarını mənimsəməyi qəbul etsə, Ermənistan Avropa İttifaqının Rusiyaya qarşı sərt siyasətinə qoşulmalı olacaq.
“Ermənistan Rusiyanın müttəfiqidir” - xatırlatmasını edən Lavrovun sonrakı cümləsi mübahisəlidir. O deyib ki, Rusiya Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görür. Lavrovun sözlərinin əksinə olaraq, Cənubi Qafqaz mürəkkəb vəziyyət arxada qalıb, Azərbaycanla Ermənistan arasında sülh quruculuğu genişlənib.
Lavrovun Simonyanla görüşündə rusiyalı diplomatın Cənubi Qafqazda sülh prosesindən məmnun qaldığına dair cümləsinə rast gəlmədim. Halbuki hazırda sülh quruculuğundan Rusiya da faydalanır, taxılını dəmir yolu ilə Azərbaycandan Ermənistana ixrac edə bilir”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 05 Fevral 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















