Icma.az
close
up
RU
Lavrovun İrəvan səfərinin sirri Moskva nəyə hazırlaşır?

Lavrovun İrəvan səfərinin sirri Moskva nəyə hazırlaşır?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri gözlənilir. Ermənistan Baş naziri Nikol Paşinyanın 9 May paradında iştirak üçün Moskvaya getməsinin ardınca Lavrovun səfəri diqqət çəkir. Ermənistanda belə bir düşüncə formalaşıb ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra Paşinyan Qərbmeylli siyasətində müəyyən korrektələr etməyə başlayıb. İlk addımı da elə Rusiya ilə münasibətləri normallaşdırmaqla atacaq.

Bu realdırmı? Sözügedən vəziyyət Ermənistana nə vəd edir? Rusiya Ermənistana növbəti dəfə etibar edəcəkmi? Yoxsa səfərlərin məqsədi tamamilə başqadır?

Globalinfo.az-a açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, son dövrlərdə Rusiyanın Cənubi Qafqazda nüfuzunun zəifləməsi Kremlin əsas narahatlıq mövzularından birinə çevrilib:

“Rusiya-Ermənistan münasibətləri tarixən yüksək səviyyədə olub və Moskva İrəvanı itirmək istəmir. Regionda gedən siyasi proseslər və Qərbin Cənubi Qafqaza nüfuz etməsi Kremlin ciddi narahatlığına səbəb olur. Ermənistan və Gürcüstanın Avropa istiqamətində inteqrasiya siyasəti regiondakı geosiyasi balansı pozur. Lakin Gürcüstanın yeni hakimiyyəti bu prosesdən müəyyən qədər geri çəkilməyə nail olub. Avropanın sərgilədiyi ikili standartları gördükdən sonra Gürcüstanda siyasət dəyişməyə başladı. Lakin bu dəyişikliyə qarşı olan qüvvələr də var. Xüsusilə Tbilisidə bəzi dairələr Gürcüstanın Rusiyaya yaxınlaşmasından narahatdır və ölkəni yenidən Qərbə yönəltməyə çalışırlar. Eyni səylər Ermənistan üçün də müşahidə olunur”.

Ramiyə Məmmədova

Politoloq əlavə edib ki, Ermənistan daxilindəki müxalif qüvvələr əsasən Rusiya yönümlüdür və Moskva bu qüvvələr vasitəsilə təsir imkanlarını saxlamağa çalışır:

“Nikol Paşinyanın hakimiyyətinə qarşı çıxan qüvvələri nəzarətdə saxlamaq məqsədilə Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri təşkil olunur. Paşinyanın 9 May paradında iştirakı Moskva ilə münasibətləri qorumağa çalışdığını göstərsə də, bu, “iki stulda oturmaq” cəhdi kimi qiymətləndirilir və müəyyən suallar doğurur. Lavrovun səfəri, eyni zamanda, digər ölkələrə də mesajdır. Yəni Rusiya Ermənistanı hələ də nəzarətində saxlayır və onu itirmək niyyətində deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri