Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

İrəvan münasibətlərin normallaşmasını istəyirsə...

İrəvan münasibətlərin normallaşmasını istəyirsə...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Konstitusiya dəyişikliyi regionda yeni reallıqlar yaradacaq

Türkiyə ilə münasibətlərin normallaşması Azərbaycanla aparılan sülh prosesindən asılıdır

Cənubi Qafqazın ümumi inkişaf tempinin sürətlənməsi, regionun iqtisadi-siyasi cazibədarlığının daha da artırılması ölkəmizin yürütdüyü çoxvektorlu siyasət kursunun mühüm tərkib hissəsidir. Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Məhz ölkəmizin səyi nəticəsində Cənubi Qafqaz yeni iqtisadi-siyasi nizamın ən mühüm elementlərindən biri qismində çıxış edir.

Təbii ki, bölgədə ümumən yeni münasibətlər sisteminin qurulması birmənalı şəkildə Ermənistanın siyasi iradəsindən asılı olacaq - Azərbaycanın irəli sürdüyü şərtlərə “hə” deyəcək İrəvan Bakı ilə yanaşı Türkiyə ilə də münasibətlərin normallaşması prosesində mühüm mərhələ qət edəcək. Türkiyə ilə münasibətlərin yaradılması isə Ermənistan üçün mühüm dividendlər vəd edir.

Keçirilən görüşlər...

Yeri gəlmişkən, Ermənistan və Türkiyə rəsmiləri 6-cı dəfə sərhəddə görüş keçirib. Bu barədə Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan məlumat verib. O, görüşün nə vaxt keçirildiyini dəqiq açıqlamasa da, qarşı tərəflə müzakirələrin müsbət və konstruktiv atmosferdə keçdiyini bəyan edib. Tərəflər Ahurik-Akyaka dəmir yolu-sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər. Görüş və texniki qiymətləndirmə ilə bağlı razılıq Rubinyanla türkiyəli həmkarı Serdar Kılıç arasında iyulda sərhəddə, lakin başqa yerdə - Marqara keçid məntəqəsində baş tutan görüş zamanı əldə olunub.

Xatırladaq ki, son 4 ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində bir sıra mühüm addımlar atılıb. Bu prosesdə tərəflər arasında dialoqun qurulması, sərhəd məsələlərinin həlli və iqtisadi-siyasi əməkdaşlığın artırılması məsələləri araşıdırılıb - 2021-ci ilin sonunda etibarən başlanan prosesdə Türkiyə tərəfdən səfir Sərdar Kılıç, Ermənistan tərəfdən isə parlament sədrinin müavini Ruben Rubinyan əsas nümayəndə təyin olunublar. Tərəflər arasında ilk görüş 2022-ci ilin yanvarın 14-də baş tutub. Moskvada keçirilən görüşdə tərəflər normallaşma prosesini müzakirə ediblər və bu prosesin ilkin mərhələlərini planlaşdırıblar. Bir ay sonra Vyanada keçirilən ikinci görüşdə isə konkret addımların müzakirəsi aparılıb. Bundan sonra baş tutan 2 görüş də Vyanada reallaşıb - görüşlərdə sərhədlərin açılması və iqtisadi əlaqələrin inkişafı məsələlərini müzakirə edilib. qeyd edək ki, 2022-ci ilin fevralında Türkiyə və Ermənistan arasında birbaşa uçuşlar bərpa edilib. Bu, uzun illər fasilədən sonra ilk hava əlaqəsi idi.

Eyni zamanda, tərəflər ticarət məhdudiyyətlərinin aradan qaldırılması üçün müəyyən tədbirlər görülməsini müzakirə ediblər. Təbii ki, görüşlərdə ən vacib məsələ kimi Türkiyə ilə Ermənistan arasındakı quru sərhədlərinin açılması irəli sürülsə də, bu proses hələ ki reallaşmır. Burada bir sıra məqamlar var ki, Ermənistan onları yerinə yetirməlidir. Məsələn, sərhədlərin açılması üçün Azərbaycan ilə sülh müqaaviləsi imzalanmalı, Türkiyəyə qarşı qondarma iddialardan əl çəkilməlidir. Türkiyə Ermənistanla münasibətlərin inkişafını Azərbaycanın maraqları ilə əlaqələndirir. Beşinci görüş isə bu ilin iyulunda Marqara keçid məntəqəsində baş tutub.

Sərhədlər açılacağı təqdirdə...

Qeyd edək ki, Türkiyə danışıqlar və müzakirələr zamanı hər zaman bir məqamı önə çəkir - Ankara ilə İrəvan arasındakı müzakirələr birmənalı şəkildə Azərbaycanla koordinasiyalı formada həyata keçirilir. Başqa sözlə, İrəvan Türkiyə ilə münasibətləri tənzimlənməsi üçün sülhü gecikdirməməlidir. Çünki Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması fonunda İrəvan-Ankara münasibətlərinin də yeni mərhələyə qədəm qoyması bütövlükdə regionun iqtisadi gələcəyi üçün mühüm perspektiv yaradır. Xüsusilə, Zəngəzur dəhlizinin açılması Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə dünya ilə əlaqələrinin yeni müstəviyə qədəm qoymasına şərait yaradacaq. Ümumiyyətlə, dəhlizin açılması yeni ticari-iqtisadi üstünlüklər yaradır ki, irəvan da bu üstünlüklərdən faydalana biləcək - xüsusilə, Türkiyə ilə normal iqtisadi-siyasi əlaqələrə malik olacağı təqdirdə regional inkişafın əsas ünsürlərindən birinə çevrilməklə yanaşı, Şərq-Qərb logistik ticarət və yükdaşıma yoluna qoşula biləcək. Çünki Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu üzərində ən qısa yol kimi əhəmiyyət daşıyır və dəhlizhin coğrafi imkanları olduqca genişdir. Başqa sözlə, dəhliz yeni iqtisadi münasibətlər sisteminin əsas təməllərindən birinə çevrilmə potensialına malikdir. Beləliklə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının digər bir mühüm şərti Zəngəzur dəhlizinin açılması ilə üst-üstə düşür. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvan arasında əlaqəni təmin etməyəcək, həm də bütün region dövlətləri arasında əlverişli nəqliyyat bağlantısı yaradacaq. Xatırladaq ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın və Türkiyənin mövqeyi paraleldir - Prezident Ərdoğan müxtəlif auditoriyalarda bəyan edib ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq.

Konstitusiyanı dəyişməklə...

Ermənistan üçün real çıxış yolu sayılan münasibətlərin normallaşması üçün isə İrəvan üzərinə düşən öhdəlikləri yerinə yetirməli, bu münasibətlərin daha səmimi və əbədi olmasına səy göstərməlidir. Ermənistan anlamılıdır ki, konstitusiyasında edəcəyi dəyişiklik  həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin yeni məcraya qədəm qoymasında əsaslı şərtə çevriləcək. Söhbət ondan gedir ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kvadrat kilometrlik Azərbaycan torpağına iddia ortaya qoyur. Türkiyə ilə münasibətlərin tənzimlənməsinə olan maneəyə gəldikdə isə, sənəddə 1915-ci ildə Osmanlı dövlətində qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanır. Ermənistan öz Konstitusiyasında müvafiq dəyişiklikləri etməklə bölgədə normal qonşuluq münasibəti yarada biləcək...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Dekabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri