Icma.az
close
up
RU
İrəvan müraciət etsə, Bakı dərhal yardım edə bilər Asəf Quliyev

İrəvan müraciət etsə, Bakı dərhal yardım edə bilər Asəf Quliyev

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan istənilən təbii fəlakət zaman humanitar yardım göstərmək gücünə və iradəsinə malikdir

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Dilican şəhərində güclü yanğınlar davam edir. Erməni deputat Qarnik Danielyan mövcud qüvvələrin kifayət etmədiyini, əlavə köməyə ehtiyac olduğunu bildirib.

Bundan sonra sosial şəbəkənin erməni seqmentində yanğının söndürülməsi üçün Azərbaycandan yardım istənilməsi təklif olunub. Şəbəkə istifadəçiləri qeyd ediblər ki, bu məqsədlə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə müraciət etmək mümkündür. Səbəb kimi isə yanğının sərhədə, xüsusən Qazax rayonuna yaxın ərazidə başlaması göstərilib.

Bildirilib ki, İrəvan kömək istəyəcəyi təqdirdə Azərbaycan buna müsbət cavab verəcək.

Əldə etdiyimiz məlumata görə, belə hallarda məsələ dövlət başçıları səviyyəsində həll olunur. Yəni rəsmi Bakının müvafiq istiqamətdə yardım göstərməsi üçün Ermənistan rəhbərliyi Azərbaycana müraciət etməlidir. Yalnız bundan sonra sözügedən müraciət dəyərləndirilə və zərurət olarsa, müvafiq addımlar atıla bilər.

Araşdırmaçı- jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında deyib ki, istənilən təbii fəlakət zamanı, qarşı tərəf rəsmi müraciət etdikdə, Azərbaycan humanitar yardım göstərmək gücünə və iradəsinə malikdir. O, vurğulayıb ki, Azərbaycanın humanitar yanaşması bəşəri dəyərlərə əsaslanır və bu, Ermənistana da tətbiq oluna bilər:

“İstənilən təbii fəlakət zamanı, istənilən ölkə Azərbaycana müraciət edəcəyi təqdirdə Azərbaycanın cavabı birmənalı olar: “Azərbaycan istənilən humanitar fəlakət rayonuna xilasedicilər göndərmək gücünə və iradəsinə malik bir ölkədir. Bu mənada Azərbaycan Ermənistana da belə bir yardım edə bilər. Humanitar məsələlərdə Azərbaycan hər zaman bəşəri dəyərləri yüksək tutan bir dövlət olub. Amma bunun üçün qarşı tərəfin müraciəti mütləq şərtdir. Bəli, təhlükənin Azərbaycan sərhədlərini aşıb Azərbaycan vətəndaşları üçün də narahatlıq yarada biləcəyi ehtimalı olarsa, bu zaman rəsmi Bakı müraciəti gözləmədən də müəyyən addımlar ata bilər. Məndə olan son məlumata görə, fövqəladə müdaxilə üçün elə bir əsas yoxdur. Artıq yanğın nəzarət altına alınıb. Sülh prosesinin indiki həssas məqamında humanitar məqsədli jestlər prosesə müsbət təsir edəcək faktor ola bilər. Amma bir daha təkrar edirəm ki, hazırda buna ehtiyac duyulmur və Ermənistanın müvafiq strukturları yanğını nəzarət altına ala bilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri