Icma.az
close
up
RU
Qafqazın əsas aktoru indi Azərbaycandır Asəf Quliyev

Qafqazın əsas aktoru indi Azərbaycandır Asəf Quliyev

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Moskva artıq reallığı qəbul etməyə məcburdur”


“Rusiya təzyiq siyasətindən imtina edir, amma pərdəarxasında oyun davam edir” 


Moskva Ermənistandakı daxili siyasi proseslərə münasibətdə neytral mövqe nümayiş etdirir və müdaxilə etməkdən imtina edir. “Hraparak” qəzeti Rusiya hakimiyyətinə yaxın mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Kreml İrəvana siyasi emissar göndərməyi dayandırıb və ölkəni tərk edərək Rusiyadan razılıq gözləyən erməni siyasi xadimləri ilə diplomatik formada qarşılıqlı əlaqədən imtina edir.


Qeyd edək ki, daha əvvəl də Moskva Ermənistan siyasi qüvvələrinin seçki ərəfəsində maliyyə dəstəyi ilə bağlı müraciətlərini rədd edib.

Araşdırmaçı-jurnalist Asəf Quliyev Sherg.az-a  açıqlamasında deyib ki, Rusiyanın Ermənistandakı daxili siyasi proseslərə münasibətdə nümayiş etdirdiyi “neytrallıq” bəyanatı həm rasional, həm də qeyri-rasional elementlər daşıyır.


Ekspert hesab edir ki, əgər doğrudan da, Moskva İrəvanda baş verən siyasi proseslərə birbaşa müdaxilədən imtina edirsə, bu, Rusiyanın Qafqaz siyasətində müəyyən transformasiyanın başlanğıcı kimi qiymətləndirilə bilər: 

“2023-cü ilə qədər Rusiya üçün Ermənistan sadəcə regional alət idi. Moskva bu ölkəni əlində saxlamaqla həm Cənubi Qafqazdakı mövqelərini qorumağa, həm də Azərbaycana qarşı təzyiq rıçaqları əldə saxlamağa çalışırdı. Ermənistanın siyasi elitasında "Rusiyapərəst" fiqurların önə çəkilməsi də məhz bu məqsədə xidmət edirdi”.


Ekspertin fikrincə, bu gün vəziyyət dəyişib. Qafqazda əsas siyasi və iqtisadi aktor Azərbaycan olduğuna görə, Moskva artıq reallığı qəbul etməyə məcburdur:

“Rusiya anlayır ki, regiondakı nüfuzunu yalnız təzyiq və manipulyasiya ilə deyil, qarşılıqlı maraqlara əsaslanan münasibətlərlə saxlamaq mümkündür. Əgər Moskva Qafqazda qalan son hörmətini və təsir imkanlarını itirmək istəmirsə, o zaman Azərbaycanla bərabərhüquqlu, qarşılıqlı etimada əsaslanan siyasət yürütməlidir. MDB-nin Düşənbə sammitində Prezident İlham Əliyev və Vladimir Putin arasında baş tutan görüş bu istiqamətdə mühüm siqnal idi. Görünür, Rusiya artıq təzyiq və şantaj siyasətindən uzaqlaşaraq, qarşılıqlı maraqlara söykənən qonşuluq münasibətlərinə üstünlük verməyə çalışır”.

Bununla belə, A.Quliyev qeyd edib ki, Moskvanın bu “yeni” yanaşması tam etibarlı və şəffaf görünmür. Onun sözlərinə görə, Rusiyanın davranışında hələ də qeyri-rasional, daha doğrusu, manipulyativ elementlər qalmaqdadır: “Rusiya rəsmiləri bəzən ictimaiyyət qarşısında neytral və konstruktiv mövqedən çıxış etsələr də, pərdəarxasında imperialist təfəkkürə əsaslanan siyasət davam edə bilər. Yəni Moskva yenə də Ermənistanda öz maraqlarına xidmət edən siyasi qüvvələri önə çıxarmağa, daxili proseslərə dolayı yolla müdaxilə etməyə cəhd göstərə bilər. Bu, Rusiyanın tarixi davranış modelinə uyğundur – bir tərəfdən diplomatik "neytrallıq" görüntüsü yaradır, digər tərəfdən isə prosesləri öz xeyrinə yönləndirməyə çalışır”.


Ekspert hesab edir ki, yaxın aylarda Rusiyanın real niyyətlərini daha aydın görmək mümkün olacaq: 

“Əgər Moskva doğrudan da, Ermənistandakı proseslərə qarışmır və bu ölkənin qərbyönümlü kursuna qarşı açıq reaksiya vermirsə, deməli, Kremlin Qafqaz siyasətində müəyyən korrektə baş verib. Amma əgər növbəti mərhələdə İrəvanda rusiyameyilli qüvvələrin fəallaşması müşahidə olunsa, bu, Rusiyanın yenə köhnə taktikasına qayıtdığını göstərəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri