Icma.az
close
up
RU
“İrəvan öpüşü”nün “Ukrayna sevdası”

“İrəvan öpüşü”nün “Ukrayna sevdası”

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Rusiya xarici kəşfiyyatının “taxıl məlumatı” nəyə hesablanıb?

Görünür, Rusiyanın Xarici Kəşfiyyat İdarəsi Ermənistanla məzələnmək qərarına gəlib. Hər halda, qurumun yaydığı “İrəvan öpüşü” adlı məlumatı belə qiymətləndirmək mümkündür. Məsələ ondadır ki, “öpüş” Avropada da böyük təəccüb doğurub. Deməli, məsələdə başqa mətləblər var...

Məlumdur ki, Ukrayna mövzusu “köhnə qitə” üçün kifayət qədər, həssas mahiyyətə malikdir. Belə ki, Ukraynaya Rusiya ilə müharibədə yardım göstərənlər sıraya düzülüblər və bu yardım, müəyyən mənada, insanlıq borcu kimi xarakterizə olunur. Amma bir məsələ də var ki, insanlıq borcu ağır yük kimi Avropanın boynundan asılmaqdadır. Qitə ölkələri artıq iqtisadi diskomfort keçirməkdədirlər. İrəvan məhz belə bir durumda Avropaya öz dəstəyini təklif edib. Yaxud...

Beləliklə, Rusiya Xarici Kəşfiyyat İdarəsinin məlumatına görə, Ermənistan “köhnə qitə”dəki dostlarına Rusiyadan taxıl almaqdan imtina qərarını açıqlayıb. Daha doğrusu, Rusiya taxılını Ukrayna taxılına dəyişmək qərarını. Problem ondadır ki, ikincinin taxılı birincinin taxılından bahadır. Ermənistanın isə “bəşəri məqsədlər” naminə xərcləyəcək pulu yoxdur. Ona görə də təklif edir ki, Ukrayna taxılının Rusiya taxılından baha hissəsinin pulunu Avropa ödəsin və nəticədə Ermənistan Ukraynaya “insanlıq dəstəyi trendinə” qoşulmaq şansı qazansın.

Ən gülməli durum budur ki, Avropada Ermənistanın bu təklifini heç də müsbət qarşılamayıblar. Səbəb çox sadədir. Yuxarıda bildirdiyimiz kimi, Rusiya–Ukrayna müharibəsi “köhnə qitə”nin dövlətlərini pis duruma salıb. Onların Ermənistana ödəyəcək pulları yoxdur və görünür, məhz bu səbəbdən Rusiya kəşfiyyatı İrəvanın “xeyirxahlıq” niyyəti barədə məlumat əldə edə bilib. Ehtimal etmək olar ki, Avropa sözügedən məlumatı Rusiyaya qəsdən sızdırıb. Axı məlumatda Fransanın Avropa və Xarici İşlər Nazirliyinin adı çəkilib. Çox güman, xəbər sızdıran da elə bu qurumdur.

Belədə ortaya sual çıxır: Rusiya, belə demək mümkünsə, “alternativ taxıl sövdələşməsi” niyyətinə görə Ermənistanı cəzalandıra bilərmi? Hər halda, Moskvada Rusiya taxılından imtina edib Ukrayna taxılına keçmək qərarını müsbət qarşılamazlar. Məlumdur ki, belə bir niyyət varsa, bu, İrəvanın Kremldən asılılığını aradan qaldırmağa yönəlib. Asılılıq isə hər sahədədir və bu, ikincinin birinciyə qarşı səssiz təsir alətidir. Ona görə səssiz ki, Rusiya heç bir alətindən istifadə etmir, yalnız subliminal şəkildə onlara sahibliyinin mesajını verir. Başqa sözlə desək, Rusiya Ermənistana iqtisadi cəhətdən ciddi təzyiq göstərmək istəsə, bunu asanlıqla edər.

Əlbəttə, demək olmaz ki, İrəvana göstərəcəyi iqtisadi təzyiq Moskvaya sərfəlidir. Sərfəli deyil, əksinə, erməni iqtidarının anti-Rusiya ritorikası güclənəcək və beləliklə, Kremlin Ermənistanda itirilmişlərin bərpasına yönəlmiş arzusu uğursuzluq zolağındakı yerini möhkəmləndirəcək. Ona görə də Rusiya, necə deyərlər, axıradək dözməli, Ermənistanın hər oyunbazlığına tolerant yanaşmalıdır və ölkə ötən müddətdə bunu etməkdədir.

Amma “İrəvan öpüşü” adı ilə ictimaiyyətə açıqlanmış məlumatın başqa tərəfi də ola bilər. Məsələ ondadır ki, Ukraynaya dəstəyi “müqəddəsləşdirmək” yönümlü təbliğat aparan Qərb dünyasının Ermənistandan bu dəstəyə qoşulmasını tələb etməsi, o cümlədən Rusiya taxılından imtina edib Ukraynadan taxıl almasını istəməsi mümkündür. Belə nəticəyə gəlmək olar ki, artıq aşkara çıxmış məsələ Avropanın Ermənistandan tələbinə ikincinin cavabından qaynaqlanır. Cavab isə məlumdur. Loru dildə desək belə: Məndə taxıl almaq üçün əlavə pul yoxdur. Həqiqətən, İrəvan duran yerdə niyə taxıl idxalatçısını dəyişdirmək istəsin ki? İstəyər o şərtlə ki, asılılığı aradan qalxsın...

Deməli, Ermənistanda Ukrayna taxılını almaq üçün Avropa qarşısında şərt qoyur. Əgər durum, həqiqətən, belədirsə, o zaman qitənin “Ukrayna sevdalıları”nın İrəvandan narazı qaldıqlarını düşünmək olar. Görünür, Rusiya xarici kəşfiyyatının məlumat əldə etməsi də bundan qaynaqlanır. Avropalılar, öz aləmlərində, Ermənistanın Rusiya ilə arasını vuracaqlarını zənn edirlər. Əlbəttə, bunu bacarmayacaqlar. Hər halda, indiki durumda heç bacarana oxşamırlar.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri