Icma.az
close
up
RU
Paşinyanın “İrəvan öpüşü” söhbəti

Paşinyanın “İrəvan öpüşü” söhbəti

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

“Axı buğda almaq evlənmək deyil”

“İrəvan öpüşü”. Rusiya Xarici Kəşfiyyat İdarəsi Ermənistanın Avropa ilə Rusiya taxılını Ukrayna taxılına dəyişmək üçün apardığı sövdələşməyə dair məlumatına belə bir obrazlı sərlövhə seçib. İş o yerə çatıb ki, məsələyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da münasibət bildirib. O deyib ki, ölkəsinin Xarici Kəşfiyyat İdarəsinin məlumatı havadan götürülməyib, qurum nəyisə iddia edirsə, arxasında real fakt dayanır. Görünür, elə buna görə də Ermənistanın baş naziri Nikol Paşinyan mövzuya dair mövqeyini açıqlamalı olub. Yazımızda onun yanaşmasının nədən ibarət olduğuna aydınlıq gətirəcəyik. Hələlik isə...

Deməli, Rusiya XKİ yaydığı məlumatda bildirib ki, Ermənistan hakimiyyəti avropalı dostlarına ölkəsinin Rusiyadan taxıl almaqdan imtina etmək istəyini açıqlayıb. Daha doğrusu, Ukraynadan taxıl almaq niyyətini. Problem isə ondadır ki, Ukrayna taxılı Rusiya taxılından bahadır. Rusiya XKİ-nin iddiasına görə, erməni iqtidarı təklif edib ki, taxıl alışında yaranan fərqi Avropa İttifaqı qarşılasın.

Əslində, Rusiya XKİ-nin məlumatında, belə demək mümkünsə, sentimental tonlar var. Qurum bildirir ki, Ermənistan Ukraynadan taxıl almaq niyyətini ölkəyə yardım kimi təqdim etməyə çalışıb. Həm maddi, həm də mənəvi. Maddi ona görə ki, rəsmi İrəvan taxıl idxalı üçün Rusiyaya verdiyi pulu Ukraynaya verir. Mənəvi o səbəbdən ki, Ukrayna malını alanların cərgəsi genişlənir. Ermənistan ümumi yardım trendinə qoşulur. Rusiya XKİ-nin durumu gülməli təqdim etməsinə səbəb isə Ermənistanın yardımı başqasının hesabına etmək niyyətidir. “İrəvan öpüşü” ifadəsi də bundan qaynaqlanır. Hər halda, başqasının ağzı ilə öpmək olmur.

Əlqərəz, Paşinyan Paşinyan olmazdı, əgər ki, Rusiya XKİ-nin reaksiyasına cavab verməsəydi. Baş nazir rus kəşfiyyatçılarının yaydıqları məlumatın yalan olduğunu bildirib. Onun fikrini əsaslandırmaq üçün gətirdiyi arqument isə maraqlıdır. Paşinyan deyib ki, Rusiya XKİ 2022-ci ilin yazında Azərbaycan və Ermənistan sərhəddində eskalasiyanın mümkün olmadığını bildirmiş, mövqeyini ərazidə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi kontingentinin mövcudluğu amili ilə əsaslandırmışdı. “2020-ci il sentyabrın 20-də də onlar eskalasiyanın olmayacağını bildirmişdilər”, – deyən baş nazir mövzuya girməməyi təklif edib. Loru dildə desək, təxminən belə: açaram sandığı, tökərəm pambığı.

Hər halda, Paşinyanın nəyə eyham vurduğu məlumdur. O, Rusiya XKİ-ni qeyri-ciddi qurum kimi qələmə verir və belə bir qurumun yaydığı məlumatın heç bir əhəmiyyət daşımadığını vurğulayır. Axı həm 2022-ci ildəki, həm də 2020-ci ildəki vəziyyət Ermənistana xoş sonluq bəxş etməmişdi. Bu səbəbdən Paşinyan etimad səviyyəsini zəif qiymətləndirdiyi quruma inanmamaq çağırışı səsləndirir. Amma onun başqa dedikləri, sözügedən mövzudakı təzadlı fikirləri də var.

N.Paşinyan bildirir ki, Ermənistan heç vaxt Rusiyadan buğda almaqdan imtina etməyəcək. “Heç vaxt imtina etməyəcək. Bunu rəsmi olaraq bəyan edirəm”, - deyən baş nazir ardınca vurğulayır ki, amma ölkəsi həm də bazarda başqa nələrin mövcud olduğuna, kimlərin buğda satdığına, təkliflərin olub-olmadığına baxmaqdan da heç vaxt imtina etməyəcək: “Zəmanət verirəm ki, kimsə gəlib bizə “bizdə buğda var, almaq istəyirsinizmi?” desə, biz qulaqlarımızı tutub oradan qaçmayacağıq. Belə bir şey olmayacaq”.

Paşinyan hazırda da Ermənistan üçün taxılla bağlı təkliflərin olduğunu bildirib. Onun sözlərinə görə, digər satıcılar Ermənistanın Qazaxıstandan buğda aldığını görəndə, öz təkliflərinin maraqlı olub-olmadığını soruşublar: “Biz qiymətlə maraqlanırıq. Əgər qiymət maraqlıdırsa, bu, bizim üçün də maraqlıdır. Əgər maraqlı deyilsə, deyəcəyik ki, maraqlı deyil. Burada problem nədir? Axı buğda almaq evlənmək deyil. Mən bu yanaşmanı anlamıram. Biz buğda ticarəti sahəsində heç kimlə belə bir münasibətə girməmişik”.

Göründüyü kimi, N.Paşinyanın bildirdikləri təzadlı olduğu kimi, onun ifadə tərzi də eyhamlıdır. Təzadlıdır ona görə ki, baş nazir bir tərəfdən Ermənistanın heç vaxt Rusiya taxılından imtina etməyəcəyini bildirir, digər yandan bazardakı təklifləri dəyərləndirdiyini vurğulayır. Görəsən, yaxşı, daha sərfəli təklif qeydə alınsa, imtina olmayacaq? Əlbəttə ki, olacaq. Nikol, əslində, həm də bunu bildirir. Onun ifadə tərzindəki eyhama gəlincə, deməliyik ki, uzun illər Ermənistan-Rusiya münasibətləri təxminən evlilik kimi olub. Birinci ikincinin izdivaclı qadını obrazında çıxış edib. Uzağa getməyək, Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistanın Rusiyadan başqa hansısa dövlətdən buğda idxal edəcəyini təsəvvürə gətirmək olardımı? Əlbəttə ki, yox.

Sonda bir daha Rusiya XKİ-nin “İrəvan öpüşü” məlumatına qayıdaq. Aydındır ki, məlumat heç də Ermənistanın özünə alternativ buğda idxalatçısı tapmaq istəyinə qarşı deyildi. Başlıca məğz Ukraynaya görə Rusiya taxılından imtina məsələsidir. Daha doğrusu, söhbət Ermənistanın imtinanın zərərini Avropanın qarşılaması istəyindən gedirdi. İstək alınmadı, çünki Avropa fərqi ödəmək iqtidarında deyil, yaxud Ermənistanın Ukrayna üçün xoş niyyət göstərisinin ölkənin öz hesabına olmasını vacib sayır. Paşinyan iqtidarı isə əlini cibinə salmaq niyyətindən uzaqdır. Hətta ortada Ukraynaya yardım kimi bəşəri təqdimatlı mətləb olsa da.

Ən sonda bir məqamın da üzərində dayanaraq yada salaq ki, Ermənistan hakimiyyəti çox tez-tez ölkənin təhlükəsizlik çağırışlarının təminatı naminə beynəlxalq miqyasda diversifikasiya siyasəti aparılmasının vacibliyini və bu kursa üstünlük verəcəyini açıqlayıb. Ərzaq təhlükəsizliyi də ön planda gələn məsələdir. Paşinyan əbəs yerə Rusiya XKİ-nin 2020 və 2022-ci illərdəki məlumatlarını yada salmır. Yəni həm də demək istəyir ki, bu qurumun timsalında Rusiya dövləti Ermənistanın təhlükəsizlik çağırışlarını ödəmək iqtidarında olmadı. Bundan belə qənaətə gəlmək mümkündür ki, Paşinyan administrasiyası Rusiyadan uzaqlaşmaq xəttini davam etdirəcəkdir. O vaxta qədər ki, İrəvanın Moskvadan asılılığı tam şəkildə aradan qalxsın. Bu, nə dərəcədə mümkündür, durumu zaman göstərəcək...

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see482

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see282

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see278

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see271

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see252

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see247

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see246

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see245

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see233

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see232

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see230

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see220

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see218

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see214

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see210

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see208

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see208

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see207

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see205

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri