Icma.az
close
up
RU
“İrəvan Rusiyanı Fransa ilə əvəz etməyə çalışır” “Erməni cəmiyyətini daha böyük itkilər gözləyir”

“İrəvan Rusiyanı Fransa ilə əvəz etməyə çalışır” “Erməni cəmiyyətini daha böyük itkilər gözləyir”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

“Ermənistanın Baş naziri Paşinyanın, eləcə də rəsmilərinin bəyanatlarını dinlədikcə, erməni ekspert icmasının nümayəndələrinin çıxışlarını mütəmadi təhlil etdikcə, Bakı və İrəvan arasında sülh müqaviləsinə Azərbaycanın sərt yanaşmasının düzgünlüyünə əmin oluram”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus bildirib.

Ekspert hesab edir ki, Ermənistan və onun cəmiyyəti böyük hissəsi hələ də illüziyalarla yaşamağa davam edir: “Əgər Sovet İttifaqı dağıldıqdan və müstəqillikdən sonra 27 sentyabr 2020-ci ilə qədər Ermənistan Qarabağın və Azərbaycanın ona bitişik 7 rayonunun işğalına dəstək verməsi müqabilində suverenliyindən Rusiyanın xeyrinə imtina etmişdisə, ikinci Qarabağ müharibəsində təslim olduqdan sonra rəsmi İrəvan artıq Rusiyanı Fransa ilə əvəz etməyə çalışır”.

R.Yunusun sözlərinə görə, Ermənistan yenidən kiminsə vassalı olub bölgədə öz suverenliyini və subyektivliyini möhkəmləndirməyə çalışmaqdansa, bu gün Rusiya və Qərb münasibətlərindəki ziddiyyətlərin üzərində oynamağa cəhd edir: “Dünyada hərbi-siyasi turbulentliyi və xüsusilə Cənubi Qafqaz ətrafındakı geosiyasi proseslərə nəzər salanda Ermənistanı yaxın gələcəkdə nə gözləyə biləcəyini anlamaq üçün coğrafi xəritəyə baxmaq kifayətdir. Azərbaycanla Ermənistan, daha sonra Ermənistanın əsas qonşusu olan Türkiyə arasında sülh müqaviləsi olmadan coğrafi dalandan çıxmaq, Ermənistanın Avropaya çıxışı ilə bağlı nağıllarla cəmiyyəti aldatmaq, bədnam "miatsum" ideyası kimi növbəti cinayət utopiyasıdır. Lakin bu, təəssüf ki, heç vaxt Ermənistan və onun cəmiyyəti üçün dərs olmadı. Bunu başa düşməmək, məqsədyönlü şəkildə cəmiyyəti yeni illüziyalarla aldatmaqda davam etmək və bununla həm Azərbaycan, həm də Türkiyə münasibətlərinin sülh yolu ilə nizamlanması prosesini gecikdirməklə erməni cəmiyyəti ikinci Qarabağ müharibəsindən sonra daha böyük itkilərlə üzləşə bilər.

Otto fon Bismarkın dediyi kimi: "Axmaqlıq Allahın hədiyyəsidir, amma ondan sui-istifadə edilməməlidir".

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Fevral 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri