Erməni TIR ları saxlanıldı: İrəvan Tiflisdən izahat gözləyir
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İrəvan Kobidəki terminalda (TIR parkı) Ermənistan yük maşınlarının saxlanılması ilə bağlı Gürcüstan tərəfindən izahat gözləyir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
Papoyanın sözlərinə görə, o bu məsələni İrəvanda gürcü həmkarı Mariam Kvrivişvili ilə görüşdə qaldırıb:
“Kvrivişvili qeyd edib ki, bu onun idarəsinin səlahiyyətlərinə aid deyil. Bununla Gürcüstan Maliyyə Nazirliyinə tabe olan maliyyə polisi məşğul olur”.
O vurğulayıb ki, Gürcüstan tərəfinin məlumatına görə, maliyyə polisi müəyyən risklər müəyyən edib:
“Hansı konkret risklərin müzakirə olunduğuna dair aydınlıq gətirilməsini istədim ki, həm bizim, həm də biznes qurumlarımızın nəyin idxal edilə biləcəyini və nəyin idxal edilə bilməyəcəyini başa düşə bilək. İrəvan hələlik törədilən qanun pozuntuları ilə bağlı açıqlama almayıb, buna görə də bəzi Ermənistan yük maşınları Gürcüstanda qalır”.
Erməni nazir bu hadisənin hər hansı siyasi məna daşıyıb-daşımadığı sualına cavab verməyib.
Qeyd edək ki, əsasən tikinti materialları ilə yüklənmiş müxtəlif Ermənistan ixracatçılarının 100-dən çox yük maşını Gürcüstanda ilişib qalıb. Sürücülər sənədlərinin qaydasında olduğunu iddia etsələr də, Gürcüstan tərəfi gecikmənin səbəblərini izah etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:259
Bu xəbər 26 Fevral 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















