Icma.az
close
up
RU
İrəvan sülh öhdəliklərindən yayınır? Deputatdan şərh

İrəvan sülh öhdəliklərindən yayınır? Deputatdan şərh

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İrəvan 8 avqust 2025-ci ildə Vaşinqtonda təkcə nazirlər səviyyəsində Ermənistanla Azərbaycan arasında sülh sazişini paraflamayıb, eyni zamanda Azərbaycan-ABŞ-Ermənistan liderləri səviyyəsində üçtərəfli Birgə Bəyannaməni imzalamaqla yekun sülh sazişinin imzalanması ilə bağlı üzərinə bir sıra öhdəliklər yerinə yetirib. Bu öhdəliklər sırasına Zəngəzurda TRİPP dəmir yolu xəttinin açılması və Azərbaycan ərazi iddiasını nəzərdə tutan Ermənistan konstitusiyasına dəyişiklik edilməsi daxildir. Amma biz zaman-zaman İrəvanın müxtəlif bəhanələrlə yekun sülhdən yayınmağa çalışdığını görürük. Son günlərdə istər xarici işlər naziri Ararat Mirzoyanın, istərsə də baş nazir Nikol Paşinyanın səsləndirdikləri bəyanatlar bunun bariz nümunəsidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, Paşinyanın Parisdə Forumda bir yandan Vaşinqton razılaşmasına uyğun olaraq real sülhün əldə olunması istiqamətində Azərbaycanın Ermənistana yükdaşımalarla bağlı qoyduğu məhdudiyyətin aradan qaldırılmasına görə Prezident İlham Əliyevə təşəkkür edir, özü isə bu öhdəliklərə əməl etmir:

“Ermənistan Zəngəzur dəhlizinin tikintisini sürətləndirmək əvəzinə Ermənistan üzərindən müxtəlif marşrutlar təklif etməyə cəhd edir. Digər tərəfdən, İrəvan konstitusiyaya dəyişikliklərdən müxtəlif bəhanələrlə yayınır. Amma Ermənistan unutmamalıdır ki, onların sülhdən yayınma cəhdləri nəticə verməyəcək. Paşinyanın da Parisdə bəyan etdiyi kimi, Ermənistan regionda real sülhə və əməkdaşlığa nail olmaq istəyirsə, öhdəlikləri icra etməlidir. İrəvan onu da anlamalıdır ki, bölgədə sülhün əldə olunmasına və kommunikasiyaların açılmasında maraqlı olmayan qüvvələr var. Bunu Paşinyan özü də bəyan edib. İrəvanın sərgilədiyi bu cür destruktiv mövqe həm tərəflər arasında qarşılıqlı etimad mühitinin yaranmasına, həm də yekun sülhün əldə olunmasına ciddi əngəllər yaradır.

İrəvan onu da yaxşı anlayır ki, sülh prosesini uzatmaq ilk növbədə Ermənistanın maraqlarına xidmət etmir. Digər tərəfdən, İrəvan onu da yaxşı başa düşür ki, Ermənistan, onsuz da bölgədə sülhün memarı və təminatçısı olan Azərbaycanın yekun sülhlə bağlı şərtlərini qəbul edəcək. Başqa alternativi yoxdur. Odur ki, İrəvan destruktivlikdən yayınıb yekun sülhə gedən prosesləri sürətləndirsə, daha yaxşı olar və bundan udar”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri