Icma.az
close
up
RU
Quterreş: Bəzi ölkələr və maliyyə təşkilatları iqlim öhdəliklərindən yayınır

Quterreş: Bəzi ölkələr və maliyyə təşkilatları iqlim öhdəliklərindən yayınır

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“Əksər ölkələr iqlim dəyişikliyinin qarşısının alınması üzrə öhdəliklər götürsə də beynəlxalq maliyyə institutlarının və dövlət qurumlarının çoxu onlardan yayınır”

APA xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş Davos İqtisadi Forumundakı çıxışı zamanı bildirib.

O bu qəbildən olan dövlətlərin müvafiq strukturlarını öhdəliklərə diqqət və məsuliyyətlə yanaşmağa çağırıb:

“Siz heç də doğru yolda deyilsiniz! Təssüf ki, bərpa olunan enerji mənbələrindən istifadə məsələsinə yanaşma birmənalı deyil. Qlobal istiləşmə planetimizə sürətlə yayıldığı bir vaxtda bir geri addım ata bilmərik. Bu səbəbdən də hökumətlər öz vədlərinə əməl edərək iqlim dəyişikliyi ilə mübarizə üzrə ortaq milli planlar hazırlamalıdırlar. Bu planların da əsas məqsədi 1.5 dərəcəlik temperatur hədəfinə çatmaq olmalıdır. Bütün məqsədlərin icrası üçün effektiv maliyyə təminatı əsas şərtlərdən biridir. Mən Davos İqtisadi Forumunda iştirak edən ölkələrdəki müəssisələri və maliyyə təşkilatlarını bərpa olunan enerji mənbələrinə keçid ilə bağlı effektiv planlar hazırlamağa çağırıram”

O qeyd edib ki, rəhbərlik etdiyi təşkilat münaqişə tərəflərinə istiqamətlənən və BMT-nin Nizamnaməsinə əsaslanan sülh çağırışlarını davam etdirəcək.

BMT rəhbərinin toxunduğu növbəti məsələ bu Ali qurumda islahatlarla bağlı olub. A. Quterreş yeni dövrün tələblərinə uyğun olaraq, BMT-nin islahatlara getməsinin vacibliyini önə çəkib:

“Bu islahatlar həmçinin BMT Təhlükəsizlik Şurası və “Gələcəyin sammiti”ni də əhatə edəcək. Biz hazırda bir sıra ciddi problemlərlə üz-üzə olmaqla yanaşı, xarici qüvvələrdən yönələn təhdidlərin də fərqindəyik. Onlardan biri olan nüvə təhlükəsi hələ də bizimlədir. İndiki dövrdə təhlükələrin miqyası da genişlənib və qlobal səviyyədə daha diqqətli yanaşma tələb edir. Qlobal istiləşməni də gözardı etmək olmaz. Biz artıq tarixin və onilliyin ən isti dövrünü arxada qoymuşuq. 1.5 dərəcəlik temperatur hədəfi müəyyən edilsə də buna nail olmayıb. Hesab edirəm ki, belə bir məqamda bərpa olunan enerji mənbələrindən istifadəni təşviq etməliyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri