Icma.az
close
up
RU
İrəvan Tramp Yolu layihəsində İranın maraqlarını nəzərə alıb Səfir

İrəvan Tramp Yolu layihəsində İranın maraqlarını nəzərə alıb Səfir

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan dostluq və qarşılıqlı etimad mühitinə sadiq qalaraq, "Tramp Yolu" layihəsində İranın həyati əhəmiyyətli maraqlarını nəzərə alıb. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın "Tasnim" agentliyinə  verdiyi müsahibədə deyib. 

Müsahibə zamanı səfir Cənubi Qafqazda rabitə kanallarının açılması ilə bağlı Vaşinqtonda əldə edilən razılaşmanın həyata keçirilməsinin gedişatından danışıb: "Ermənistan, Azərbaycan və ABŞ liderləri tərəfindən 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan bəyannamədə açıq şəkildə bildirilir ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistan ərazisindən maneəsiz əlaqə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (“TRIPP”) proqramı çərçivəsində təmin ediləcək. Beləliklə, Ermənistanın cənubundan keçən kanalın rəsmi adı TRIPP-dir və “dəhliz” də daxil olmaqla, hər hansı digər tərif Ermənistanın Baş naziri, Azərbaycan Prezidenti və ABŞ Prezidenti tərəfindən imzalanmış bəyannaməyə ziddir".

Səfir vurğulayıb ki, Vaşinqton Bəyannaməsi dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq daxili, ikitərəfli və beynəlxalq nəqliyyat üçün bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutur: "Vurğulamalıyam ki, dostluq və qarşılıqlı etimad mühitinə sadiq qalaraq rəsmi Yerevan bütün bu proses boyunca Tehranın həyati maraqlarını nəzərə alıb və hadisələrin inkişafı ilə bağlı müxtəlif səviyyələrdə fəal dialoq aparılıb. Həmçinin qeyd etməyi zəruri hesab edirəm ki, məhz bu prinsiplər həm Ermənistan Respublikası, həm də İran İslam Respublikası üçün həmişə ən vacib sütunlar olub və onlara riayət edilməsi iki dövlətimizin maraqlarına tam uyğundur". 

Onun sözlərinə görə, blokadanın aradan qaldırılması nəticəsində Ermənistan Naxçıvan ərazisindən keçərək İran İslam Respublikası ilə dəmir yolu əlaqəsinə malik olacaq ki, bu da İrana Qara dəniz limanlarına birləşərək Gürcüstanla birbaşa dəmir yolu əlaqəsi qurmaq üçün misli görünməmiş bir fürsət yaradacaq. Öz növbəsində, İran da Ermənistan üçün Orta Asiya və Uzaq Şərq ölkələri ilə əlaqə qurmaq baxımından dəmir yolu tranzit marşrutuna çevriləcək. Səfir qeyd edib ki, Ermənistanın müxtəlif bölgələri arasında əlavə əlaqələrin qurulması planlaşdırılır ki, bu da ölkənin daxili iqtisadi və logistika sistemləri üçün böyük əhəmiyyət kəsb edir.  

Hkopyan bildirib ki, "Tramp yolu" davamlı sülh üçün vacib amilə çevriləcək: "Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, kommunikasiyaların tədricən açılması ilə bağlı siyasi razılaşmalar artıq real nəticələr verir. Oktyabr ayında Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan etdi və artıq ilk praktik nümunələrimiz var: Taxıl Qazaxıstandan Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə daşınıb. Ermənistan həmçinin Türkiyə ilə Azərbaycan arasında yüklərin öz ərazisindən həm siyasi, həm də texniki cəhətdən tranzitini təmin etməyə hazır olduğunu dəfələrlə təsdiqləyib. Beləliklə, "Tramp Yolu" layihəsinin Ermənistana, Azərbaycana və bütün regiona suverenlik, ərazi bütövlüyü, qarşılıqlılıq və yurisdiksiya prinsiplərinə əsaslanan yeni, beynəlxalq səviyyədə dəstəklənən kommunikasiya modeli təklif etdiyini deyə bilərik". 

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Dekabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri