İrəvan: “Tramp yolu” Naxçıvana keçidi təmin edəcək
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Vaşinqtonda ABŞ, Azərbaycan Ermənistan liderləri arasında keçirilmiş görüşün və əldə edilmiş razılaşmaların əsas məqamlarından biri “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) layihəsinin həyata keçirilməsidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Kostanyanın sözlərinə görə, Vaşinqtonda imzalanmış bəyannamədə tranzit ölkələrin suverenliyi və ərazi bütövlüyü qorunmaqla regional nəqliyyat və kommunikasiya marşrutlarının açılması nəzərdə tutulur:
“Layihə Ermənistanın cənubundan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında və digər istiqamətlərə keçidi təmin edəcək. Bu layihə Ermənistan və ABŞ tərəfindən hazırlanacaq”.
O əlavə edib ki, prinsiplər üzrə artıq razılıq var və texniki və işçi səviyyəli müzakirələr davam edəcək.


