Qriqoryan: “İrəvan Bakı ilə əldə olunmuş sülhün...”
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, İrəvan Bakı ilə əldə olunmuş sülhün institusionallaşmasına köklənib.
“Cebheinfo.az”-ın məlumatına görə, Qriqoryan bu barədə Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunun panel müzakirəsi zamanı belə deyib.
Qriqoryan Ermənistan və Azərbaycan arasındakı sülh prosesinə və xüsusilə, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamədən söz açıb.
O, Cənubi Qafqazdakı sülhü qayğıya ehtiyacı olan “yeni doğulmuş körpəyə” bənzədib.
Ermənistan rəsmisi qeyd edib ki, sülhün olması çağırışların yoxluğu demək deyil. Lakin sülh şəraitində digər çağırışlara daha çox diqqət ayırmaq mümkündür.
Qriqoryanın sözlərinə görə, sülhün uzunmüddətli olması üçün sülh müqaviləsinin imzalanması, ratifikasiyası və regional blokadanın aradan qaldırılması, yəni kommunikasiyaların açılması olduqca zəruridir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 23 Aprel 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















