Icma.az
close
up
RU
İrəvan üzərinə düşəni etməlidir: Əks halda müqavilənin imzalanması gecikə bilər

İrəvan üzərinə düşəni etməlidir: Əks halda müqavilənin imzalanması gecikə bilər

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Uzun müddətdir Azərbaycan-Ermənistan arasında sülh sazişi üzərində iş gedir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Ekspertin sözlərinə görə, 4 il ərzində sülh danışıqlarında, müzakirələrdə enişli-çıxışlı məqamlar olsa da, ümumən prosesi irəliyə daşımaq mümkün olub. Politoloq bildirib ki, bəzən tərəflərin müzakirələrində kifayət qədər gərginlik də müşahidə olunur. Bəzən isə sülh sazişinin imzalanmasına çox yaxın olduğumuz qeyd edilir, hətta ilin sonunadək müqavilənin imzalanmasının mümkünlüyündən danışılırdı.

T.Rzayev qeyd edib ki, tərəflər, əsasən İrəvan hökumətinin rəsmiləri saziş mətinin 1 həftə, 10 gün ərzində imzalanacağını belə istisna etmirdilər:

“Amma bəllidir ki, burada razılaşdırılmamış məsələlər qalmaqdadır. Ermənistan tərəfi 3 məsələdə razılıq olmadığını deyirdi. Azərbaycan tərəfi razılaşdırılmamış iki məqamın qaldığını vurğulayır. Fikir belədir ki, sənədin preambula bölməsi, əsas maddələri və razılaşdırılmamış iki bəndin əsas hissəsi ilə bağlı ümumi anlaşma mövcuddur. Ancaq Azərbaycan tərəfinin əsas tələbləri gündəmdədir".

Turab Rzayev, politoloq

Müsahibimiz vurğulayıb ki, ilk növbədə Ermənistan ölkəmizə qarşı ərazi iddialarından rəsmən vaz keçməli, bu iddiaları öz Konstitusiyasından çıxartmalıdır:

"Ermənistan Konstitusiyasının preambula hissəsi açıq şəkildə Azərbaycan ərazilərinə iddia edir. Orada "Qarabağın Ermənistana birləşdirilməsindən" bəhs olunur. Əlbəttə, bu, Azərbaycan tərəfindən qəbuledilməzdir. Həmçinin, Minsk qrupunun ləğvi və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması məsələsində İrəvan maneçilik törətməməli, üzərinə düşəni etməlidir. Bu məsələlərlə bağlı hələlik müzakirələr gedir. İrəvan hökuməti bu məqamların sülhə mane olmadığını iddia edir və şərtləri yerinə yetirməkdə tələsmir. Amma bu ziddiyyət digər məqamların müzakirəsinə və razılıq əldə olunmasına əngəl deyil. Əgər bəhs etdiyimiz məsələlərdə də razılaşma olarsa, tərəflər arasında sülh prosesi sürətlənər və nəticə əldə edilər. Əks halda müqavilənin imzalanması gecikə bilər".

Qeyd edək ki, prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Azərbaycan-Ermənistan arasındakı sülh prosesindən də danışıb. Dövlət başçısı qeyd edib ki, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik: "Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər".

Ölkə rəhbəri növbəti dəfə deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl Konstitusiyanı dəyişməli və ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq verməlidir. Prezident qeyd edib ki, erməni tərəfinin etməli olduğu daha iki məqam var: "Birinci məsələ Konstitusiyasını dəyişdirməkdir. Çünki Konstitusiyada müstəqillik bəyannaməsinə istinad var ki, bu da öz növbəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibində elan edildiyi Azərbaycana ərazi iddialarını ehtiva edir. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim şıltaqlığımız deyil, bunlar sadəcə obyektiv şərtlərdir".

İlham Əliyev vurğulayıb ki, Bakının ikinci şərti ATƏT-in Minsk Qrupunun ləğvidir: "Bu məsələ konsensus yolu ilə həll olunduğundan, Ermənistanın razılığı olmadan bunu etmək formal olaraq mümkün deyil, baxmayaraq ki, ATƏT-in Minsk Qrupu uzun müddətdir fəaliyyət göstərməsə də, o, formal olaraq mövcuddur. Və sualımız ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa və Minsk Qrupu da Qarabağ məsələsini həll etmək üçün idi, o zaman bu, nəyə lazımdır?"

Dövlətimizin başçısı əlavə edib ki, Ermənistanın ATƏT-in Minsk Qrupunu ləğv etmək istəməməsi revanşistlərin planlarının kifayət qədər ciddi olduğunu deməyə əsas verir. Bildirib ki, Bakının tələbləri həllini taparsa, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri