Icma.az
close
up
RU
Ermənistan hökuməti regionda sülh naminə üzərinə düşəni etməlidir DEPUTAT

Ermənistan hökuməti regionda sülh naminə üzərinə düşəni etməlidir DEPUTAT

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ermənistan hökuməti regionda sülh naminə üzərinə düşəni etməlidir" - DEPUTAT

1987-ci ilin noyabr ayında Ermənistan SSR-nin müxtəlif bölgələrindən qərbi azərbaycanlıların məcburi şəkildə çıxarılması, 1987-1991-ci illər arasında baş verən sonuncu deportasiya dalğasının başlanğıcı idi. Bu deportasiya zamanı azərbaycanlılar zorla yurdlarından çıxarılmış, evləri talan edilmiş, kəndlər boşaldılmış və çoxu fiziki zorakılığa məruz qalmışdır. Ermənistan rəhbərliyi- ilk prezidenti Levon Ter-Petrosyan və həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaradılmış qondarma qurumun hərbi-siyasi liderlərindən olan Robert Koçaryan və Serj Sarkisyan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmədə əsas rol oynayan şəxslər sırasındadır. Onların göstərişi altında həyata keçirilən bu etnik təmizləmə prosesləri nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır.

Ararat Mirzoyan yenə sərsəm açıqlama ilə iddia edir ki, azərbaycanlılar Ermənistanı sivil formada tərk ediblər, kompensasiya alıblar və könüllü gediblər. Ancaq yalan ayaq tutar, yeriməz. Petrosyanın etirafları həqiqəti 10 illər keçsə belə ifşa edir. Bütün bunlar insanlıq əleyhinə törədilmiş cinayətlərdir və dünya ictimaiyyətinə Petrosyanın öz dilindən etiraf etdiyi kadrlarda nümayiş etdirilib.

Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqınlar həmin illərdə nəinki Ermənistandan təzminat, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən heç bir yardım və kompensasiya, hətta qida və sığınacaq dəstəyi ilə təmin edilmədilər.

Beynəlxalq humanitar təşkilatlar və donorlar tərəfindən ayrı-seçkilik və diskriminativ münasibətlə üzləşmişdilər. Onlar Azərbaycanın digər bölgələrinə pənah gətirmişdilər. Mandatına uyğun olaraq etnik mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq humanitar yardım göstərmək vəzifəsi olan humanitar təşkilatlar hələ o vaxtdan azərbaycanlılara qarşı ayrı-seçkilik xətti tutmuşdular.

Qərbi Azərbaycandan gələn yüz minlərlə qaçqın ayaqda durmaq və həyatını davam etdirməyi bacardı. İcma olaraq üzləşdiyimiz böyük çətinliklərə və insan itkisinə baxmayaraq, xüsusən də 90-cı illərdə Ermənistan tərəfindən Qərbi Azərbaycanlıların kütləvi surətdə deportasiyasından sonra da azərbaycanlılar öz qaçqın cəmiyyətlərini 1989-cu ildə yaradaraq bu icma ətrafında sıx birləşdilər.

Etnik qrupların hüquqlarına hörmət və qaçqınların geri qayıtmaq hüququnun həlli demokratiya və qanunun aliliyinin vacib elementləridir. Qaçqınların hüquqlarının müdafiəsi və təşviqi beynəlxalq qanunvericiliyin və konvensiyaların tələbləridir. 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi 194 saylı Qətnamədə öz evlərinə qayıtmaq və qonşuları ilə sülh şəraitində yaşamaq istəyən qaçqınlara mümkün olan ən qısa müddətdə bunu etməyə icazə verilirdi.

BMT-nin Qaçqınların Statusu ilə bağlı Konvensiyası, qaçqınların hüquq və müdafiəsini müəyyən edən beynəlxalq müqavilədir. Konvensiya qaçqınların qanuni müdafiə hüququ, hərəkət azadlığı, təhsil almaq hüququ və işləmək hüququ da daxil olmaqla sahib olduqları hüquq və müdafiələri müəyyən edir. 2030 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) iki əsas ideal üzərində qurulub:

1. Ümumbəşəri insan hüquqlarının təmin edilməsi və strategiyanın "heç kəsi geridə qoymamağı" təmin etmək.
2. DİM-lərə səmərəli şəkildə nail olmaq üçün qaçqınların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin vəziyyətinin yaxşılaşdırılması və davamlı həll yollarının həyata keçirilməsi zəruridir.

Qərbi Azərbaycan icmasının ədalət və sülhün bərqərar olması üçün beynəlxalq hüquqa, tarixi faktlara və sübutlara əsaslanan qayıdış konsepsiyası hazırlanıb qəbul edilmişdir.

Sənədin əsas məqamları indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların və onların nəslinin öz vətənlərinə qayıtmaq hüququnu beynəlxalq qanunvericliyin tələbi kimi izah edir.

Bu hüququn layiqli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin edilməlidir.

Ermənistan hökuməti barışığa kömək etmək, məhv edilmiş Azərbaycan mədəni irsini bərpa etmək və qorumaq üçün səy göstərməli, həyata keçirdiyi yer adı dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son qoymalıdır.

İcma geri dönüş prosesində və ondan sonrakı dövrdə Qərbi Azərbaycanlıların qanuni təmsilçisi və maraqlı tərəfi kimi bütün müvafiq proseslərdə iştirak etməlidir. Beynəlxalq ictimaiyyətə müraciətimiz tarixi vətənlərimizə qayıtmaq haqqında haqlı iddiamızı təsdiq edərək, icmamızın hüquqlarını tanımaqdır.

Pərvanə Vəliyeva

Mili Məclisin deputatı


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 14 Yanvar 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri