Icma.az
close
up
RU
İRƏVAN ZİYALILARINDAN AXUND MƏHƏMMƏDBAĞIR QAZIZADƏ

İRƏVAN ZİYALILARINDAN AXUND MƏHƏMMƏDBAĞIR QAZIZADƏ

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Axund Molla Məhəmmədbağır Qazızadə 1829-cu ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərində bölgənin tanınmış din xadimi Hacı Molla Mehdinin ailəsində dünyaya gəlib. Atası Axund Molla Mehdi onun həyatında mühüm rol oynayıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, dövlət quruculuğunun və digər mühüm sahələrin inkişafında Qazızadələrin böyük xidməti olub. Qazızadələr soyu XVIII-XIX əsrlərdə nəinki Cənubi Qafqazda, bütün Yaxın Şərqdə tanınırdı. Bu sülalə son iki əsr ərzində Azərbaycanın elmi, ədəbi-mədəni, ictimai-siyasi mühitinə dəyərli şəxsiyyətlər bəxş edib.

İlk dini savadını atasından alan Məhəmmədbağır Qazızadə sonra İrəvanda mədrəsədə oxuyub. Bu müddətdə özünün səyi və çalışqanlığı sayəsində Quranı, fars və ərəb dilini öyrənib. Elm və maarifə böyük marağı olan Məhəmmədbağır mədrəsə təhsilini başa vurduqdan sonra İrəvan qəza məktəbinə daxil olub, dünyəvi təhsil alır. İrəvanda mədrəsədə və qəza məktəbində təhsil aldığı vaxtlarda yüksək istedada malik bir gənc kimi tanınan Məhəmmədbağır İrəvan qəza məktəbini bitirdikdən sonra elmini və təhsilini daha da təkmilləşdirmək, ali ruhani təhsili almaq üçün qədim mədəniyyət mərkəzlərindən olan Nəcəf şəhərinə gedir və təhsilini orada davam etdirir. Nəcəf şəhərində yerləşən ali dini təhsil müəssisələrinin əsasnamələrinə əsasən burada ali dini təhsilə yiyələnən müdavimlər, eyni zamanda xüsusi bir ixtisas seçiminə də malik olurdular. Məhəmmədbağır Qazızadə ali dini təhsilə yiyələnməklə yanaşı, xüsusi ixtisas seçimi kimi riyaziyyat elmini seçir. Məhəmmədbağır Qazızadə Nəcəf şəhərinin tanınmış alimlərindən təhsil aldığı illərində o, Şərq ədəbiyyatını, tarixini və digər elm sahələrini də böyük həvəslə dərindən öyrənməyə müvəffəq olur. Demək olar ki, Nəcəf mühiti Məhəmmədbağır Qazızadənin həyatında mühüm mərhələ təşkil edir. Öz üzərində səylə çalışan Məhəmmədbağır Qazızadə riyaziyyata, tarixə, ədəbiyyatla məntiqə dair çoxlu kitablar oxuyar, ciddi mütaliə nəticəsində onları daha mükəmməl mənimsəməyə çalışardı. Ümumiyyətlə, burada oxuduğu dövr onun dünyagörüşünə, həyat və yaradıcılığına ciddi təsir göstərir. Məhəmmədbağır Qazızadə Şərq ədəbiyyatının, mədəniyyətinin gözəl bilicisi olmaqla yanaşı, paralel olaraq Avropa ölkələrinin maarif sisteminə, mədəniyyətinə də dərindən yiyələnir.

Məhəmmədbağır Qazızadə Nəcəf şəhərindəki ali dini təhsilini başa vurduqdan sonra doğma vətəni İrəvana qayıdır. Zaqafqaziya Ruhani İdarəsində imtahan verərək axund titulu alır. 1873-cü ildə İrəvan Quberniyası Ruhani Məclisinin üzvü seçilir və Ruhani Məclisinin sədri Axund Molla Xəlil Qazızadə, məclis üzvləri Axund Hacı Molla Abasqulu Sultanhüseynbəyov, Lütvəli bəy Qazıyevlə birlikdə çalışmağa başlayır. Axund Molla Məhəmmədbağır Qazızadənin İrəvan Quberniyası Ruhani Məclisinin üzvü kimi fəaliyyəti istər möminlər, istərsə də azərbaycanlı əhali arasında ona böyük hörmət və nüfuz qazandırmışdı.

Məlumdur ki, XIX əsrin əvvəllərində çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra bütün sahələrdə olduğu kimi, dini məsələlərə də nəzarət etmək üçün bu qurumları təsis etmişdi. İrəvan Qubernatorunun Zaqafqaziya Şiə Ruhani İdarəsinə 9 dekabr 1892-ci il tarixdə göndərdiyi 3218 №-li əmrlə Axund Molla Abasqulu Sultanhüseynbəyov İrəvan Quberniyası Ruhani Məclisinin sədri və qazisi vəzifəsindən azad olunur. 28 fevral 1893-cü il tarixli 892 N°-li əmrlə Axund Məhəmmədbağır Qazızadə İrəvan Quberniyası Ruhani Məclisinin sədri və qazisi təyin edilir (41, s.36-37). Onu da qeyd edək ki, 1829-cu ildə yaradılmış İrəvan Quberniyası Ruhani Məclisi İrəvanda- kı Göy məsciddə yerləşirdi. İrəvan Quberniyası Ruhani Məclisi quberniyanın İrəvan, Aleksandropol, Naxçıvan, Üçmüədzun, Yeni Bəyazid, Şərur-Dərələyəz, Sürməli, Ordubad qəzalarının müsəlmanlarına xidmət göstərirdi. Quberniya Ruhani Məclisi qəza qazilərini, şəhər və kənd axundlarını təyin etmək, kəbin və nikah işlərini, boşananları, ailə münaqişələrini, quberniya ərazisində olan vəqf torpaqlarını idarə etmək, icarəyə vermək, ruhani titullarının verilməsi və s. kimi səlahiyyətlərə malik idi.

Axund Məhəmmədbağır Qazızadə İrəvan Ruhani Məclisinin sədri olmaqla yanaşı, eyni zamanda o, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müdiri və müəllimi kimi də öz vəzifəsinin öhdəsindən yorulmaq bilmədən, tükənməz enerji ilə layiqincə gəlmişdir.

Axund Molla Məhəmmədbağır Qazızadə İrəvan Quberniyası Ruhani Məclisinin üzvləri Axund Mirzə Abdulla Qazıyev, Axund Hacı Molla Əli Müzəffərzadə, İsmayıl bəy Bağırbəyov, qəza qaziləri Axund Məmmədəli Qazızadə (Uçmüədzin), Axund Hacı Molla Əli Axundzadə (Naxçıvan), Axund Qurban Cənnətzadə (Novobəyazid), Axund Hacı İsmayıl Nadirxanzadə (Şərur-Dərələyəz), Axund Molla Abbasqulu bəy Sultanhüseynbəyov (Ordubad), Molla Qənbər Axundzadə (Sürməli) və müxtəlif vaxtlarda başqaları ilə birlikdə çalışıb.

Dərin biliyə və erudisiyaya malik olan Məhəmmədbağır Qazızadənin azərbaycanlı əhali arasında böyük hörmət və ehtirama sahib olmasında başlıca cəhət, o bilik və bacarığını təkcə bir məscidin, bir icmanın maraqları baxımından deyil, bütövlükdə xalqa, onun inkişafına xidmət naminə sərf etməsi etməsi idi. Dövrün qabaqcıl maarifçiləri kimi Məhəmmədbağır Qazızadə də yeni tipli məktəblərin yaradılması, pedaqoji kadrlara olan ehtiyacı ödəmək, savadlı kadrlar hazırlamaq zərurətini görüb, İrəvanda onun həyata keçirilməsi uğrunda mübarizə aparanların önündə gedirdi.

Fədakar maarif xadimi Axund Məhəmmədbağır Qazızadə nəinki çalışdığı seminariyada, yaşadığı İrəvanda, bütün Şərqdə böyük nüfuza malik idi. O, bütün ömrünü, bilik və bacarığını müəllim kadrların hazırlanmasına, yeni tipli məktəblərin yaradılmasına, Azərbaycan maarifinin və mədəniyyətinin inkişafına sərf etmişdir. Bütün bunları onun ictimai və maarifçilik fəaliyyəti ilə bağlı apardığımız araşdırmalarda daha aydm görmək olar. Axund Məhəmmədbağır Qazızadənin pedaqoji ustalığı, hər şagirdlə fərdi məşğul olması, təcrübəsi, ən fəal və qabaqcıl maarif işçisi kimi seminariyadakı fəaliyyəti bir çox xüsusiyyətlərə görə fərqlənirdi. O bir pedaqoq kimi öz ideyalarını həyata keçirmək uğrunda daim mübarizə aparırdı. O, 1898-ci illərdə İrəvanda rus-tatar məktəbinin açılmasında xüsusi təşəbbüskarlıq görsətmişdi. Mütərəqqi ziyalı, böyük pedaqoq Axund Molla Məhəmmədbağır Qazızadənin pedaqoji fəaliyyətinin əsas orijinal xüsusiyyətlərindən biri də azərbaycanlı qızlar üçün təhsil imkanının yaradılmasına, onların məktəbə cəlb edilməsinə də ciddi səy göstərməsi idi. İrəvanda ilk qızlar məktəbinin açılmasının təşəbbüskarı və təşkilatçısı olmuşdur. 1902-ci ildə o, İrəvanda öz evində rus-tatar (azərbaycanlı) qızlar məktəbi açmışdı. Bu Cənubi Qafqazda sayca açılan üçüncü müsəlman qız məktəbi idi. Azərbaycanlı qızlar məktəbinin açılışı İrəvanda çox böyük mədəni hadisəyə çevrilmiş, irəvanlı ziyalılar tərəfindən rəğbətlə qarşılanmışdı. Məktəbin himayəçisi İrəvan Quberniyasının vitse-qubernatoru knyaz Aleksey Çaqadayevin arvadı Yelena Çaqadayeva, müdiri Antonina Valerianovna Kalinina, rus dili müəllimi Yevgeniy a Georgiy e vna Pxakadze, ana dili müəllimi isə Məmmədvəli Qəmərlinski olmuşdu. Məktəbdə şəriət fənnini isə Məhəmmədbağır Qazızadənin özü tədris etmişdi. O, istər seminariyada, istərsə də məktəbdə təhsil alan, maddi imkanları hədsiz dərəcədə ağır olan azərbaycanlı şagirdlərin bir çoxuna öz vəsaiti hesabına köməklik göstərir, onları paltar və dərs ləvazimatları ilə təmin edirdi. Məhəmmədbağır Qazızadə səmərəli pedaqoji və ictimai fəaliyyətinə görə 1882-ci ildə gümüş medalla, 1898-ci ildə isə 3-cü dərəcəli müqəddəs Anna ordeni ilə təltif edilmişdi. O, 1911-ci ildə bir neçə irəvanlı müəllimin Tiflisdə Azərbaycan dilində nəşr etdirdiyi “Ana dili” dərsliyinin həmməlliflərindən biri olmusdur.

Axund Molla Məhəmmədbağır Qazızadə İrəvanın ictimai-siyasi, mədəni həyatında böyük rol oynamış və hər zaman azərbaycanlı əhalinin hüquqlarının keşiyində dayanmışdı.

1905-ci ildə ermənilərin İrəvanda azərbaycanlı əhaliyə qarşı törətdikləri total qırğınlarla bağlı Sankt-Peterburqa gedən İrəvan Quberniyası Ruhani Məclisinin sədri və qazisi Axund Molla Məhəmmədbağır Qazızadədən ibarət nümayəndə heyətinin tərkibində İrəvanda böyük nüfuz sahibi olan İrəvan şəhər dumasının üzvü Hacı Mir Abbas Ağa Mirbabayev, İrəvan Quberniyası Ruhani Məclisinin üzvü Məmməd Axundov, tanmmış vəkil Məmmədqulu bəy Kəngərlinski də olmuşdur. O, Sankt-Peterburqda Rusiyanm Qafqaz canişini knyaz Vorontsov Daşkovla görüşmüş, İrəvanda yaşayan azərbaycanlıların mənəvi və maddi ehtiyaclarını ona çatdırmışdır.

Axund Molla Məhəmmədbağır Qazızadə ömrünün sonuna kimi İrəvan Quberniyası Ruhani Məclisinin sədri və İrəvan Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müdiri və ilahiyyat müəllimi vəzifəsində çalışmısdır. Xalqımızın tarixində və taleyində mühüm rol oynamış, Həmid bəy Şahtaxtinski, Həbib bəy Səlimov, Mirzə Cabbar Məmmədzadə, İbrahim Səfi, İbadulla bəy Muğanlinski, Saleh bəy Güllücinski, Haşım bəy Vəzirov, Rəşid bəy İsmayılov, Məmməd Nəsirbəyov və bu kimi onlarla tarixi şəxsiyyətlər, alimlər, ictimai-siyasi xadimlər onun tələbələri olmuşdur.

Məhəmmədbağır Qazızadə seminariyada ciddi çətinliklərə baxmayaraq hər il burada azərbaycanlı tələbələrin sayını artırmağa çalışırdı. Onun səyi sayəsində bir il ərzində seminariyada azərbaycanlı tələbələrin sayı dörd dəfə artaraq 23 nəfərə çatmışdı.

Həyatının 45 ilindən artıq bir hissəsini müəllimliyə, İrəvanda Azərbaycan maarifi və mədəniyyətinin inkişafına həsr etmiş ictimai-pedaqoji fikir tariximizin görkəmli nümayəndəsi Axund Molla Məhəmmədbağır Qazızadə 1911-ci ilin dekabr ayında İrəvanda vəfat etmişdir.

Cəlal Allahverdiyev,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2054

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see233

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see205

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see202

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see164

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see137

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri