Icma.az
close
up
RU
İrəvanda Bakıya görə ara qarışdı Paşinyan öz naziri ilə toqquşur

İrəvanda Bakıya görə ara qarışdı Paşinyan öz naziri ilə toqquşur

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan neftinin Ermənistana idxalı ilə bağlı ictimai müzakirələr başlayıb. Bəzi ermənilər Azərbaycan benzinini almayacaqlarını deyiblər. Hətta ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan məsələ ilə bağlı vətəndaşlarına müraciət edib.

Sitat: “Əziz vətəndaşlar, siz azadsınız. Benzini haradan almaq istədiyinizi özünüz seçin. Dövlətin vəzifəsi sizə mümkün qədər müxtəlif, geniş çeşid təqdim etmək, bu benzinin və digər məhsulların həmişə mövcud olması üçün fasiləsiz marşrutlara sahib olmaq və əlbəttə ki, keyfiyyətin yüksək səviyyədə olmasını və miqdarına aldanmamağınızı təmin etməkdir. Bu, dövlətin vəzifəsidir, qalanını özünüz seçməlisiniz”.

İrəvan sözügedən bəyanatla rəsmi şəkildə bu məsələni sabotaj edir? Yoxsa Bakıdan daha çox şey əldə etmək üçün şantaja keçir? Baş nazir Nikol Paşinyanın rəsmi Bakıya təşəkkür etdiyi məsələyə onun nazirinin belə mövqe bildirməsi nədən xəbər verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, bu məsələyə rəsmi və açıq sabotaj demək çətindir:

“Papoyanın açıqlaması formal olaraq bazar prinsiplərinə söykənir, yəni vətəndaşın seçimi azaddır, dövlət isə tədarükü və keyfiyyəti təmin etməlidir. Bu, bir növ həm də kağız üzərində neytral və liberal mövqedir. Amma burada incə bir məsələ var. Nazirin sözləri açıq qadağa deyil, lakin ictimai rəyə mesaj verir. Yəni “almaq istəmirsinizsə, almayın” ifadəsində anti-Azərbaycan emosiyalarını sakitləşdirmək və ya yönləndirmək cəhdi görünür. Bu isə faktiki olaraq passiv müqavimət effekti yaradır”.

Elnur Ənvəroğlu

Siyasi şərhçi bildirib ki, burada şantaj ehtimalı daha realdır:

“Çünki Ermənistanın enerji təhlükəsizliyi hələ də kövrəkdir. Alternativ mənbələr məhduddur, üstəlik, Azərbaycan yanacağı Ermənistan bazarında real ehtiyacdan doğan məhsuldur. Belə bir şəraitdə İrəvanın daxilində “biz bu yanacağa möhtac deyilik” görüntüsü yaratmaq, Bakı ilə gələcək enerji, logistika və ticarət danışıqlarında mövqeləri sərtləşdirmək məqsədi daşıya bilər. Loru dillə desək, Azərbaycan malını gözdən salmaqla daha ucuz qiymətə nəsə əldə edə bilmək taktikasından istifadə mümkündür. Bu, xüsusən də passiv düşmən mövqedə olan Ermənistan üçün təbii haldır. Necə deyərlər, faktiki asılılıq var, amma ictimai diskursda bu, inkar olunur. Paralel olaraq “təzyiqə boyun əymirik” mesajı verilir. Bu mənada fikrimcə, Papoyanın açıqlaması psixoloji və siyasi şantaj elementləri daşıyır”.

Elnur Ənvəroğlu əlavə edib ki, Paşinyanın təşəkkürü ilə nazirin mövqeyi arasındakı ziddiyyət mövcuddur:

“Belə ki, Paşinyan rəsmi səviyyədə Bakıya təşəkkür edir, beynəlxalq auditoriyaya konstruktiv görüntü verməyə çalışır, bununla yanaşı, regionda blokadanın açılması, iqtisadi inteqrasiya mesajlarını verir. Amma daxildə Papoyan daxili auditoriyaya oynayır, radikal və revanşist dairələri sakitləşdirir, süni də olsa “biz alıcı mövqedə deyilik” təsəvvürü yaradır. Bu da təəssüflər olsun ki, Ermənistan hakimiyyətində vahid bir strateji xəttin olmadığından irəli gəlir. Yəni hakimiyyət daxili auditoriyadan çəkinir və birbaşa qərarlar verməkdə tərəddüd edir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 01:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri