Icma.az
close
up
RU
Azərbaycanlılar İrəvanda, Paşinyan qalibdir

Azərbaycanlılar İrəvanda, Paşinyan qalibdir

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

44 günlük müharibə regionun siyasi xəritəsini və psixoloji atmosferini kökündən dəyişdi. Müharibə Azərbaycanın uzun illər davam edən status-kvo reallığını sındırdı və yeni geosiyasi mərhələnin əsasını qoydu. Ən mühüm nəticə isə dövlətin ərazi bütövlüyünün bərpası və milli özünəinamın güclənməsi oldu. Bütün bunlar həm də ideoloji və strateji üstünlük idi. Müharibədən sonra formalaşan reallıqlar regionda bütün oyunçuların davranışını dəyişməyə məcbur etdi.

Yeni reallıqlardan biri də azərbaycanlıların İrəvana qayıdışı ilə bağlı diskursun aktuallaşmasıdır. Proses mərhələli şəkildə formalaşan siyasi gündəmin bir hissəsidir. AZAL təyyarəsinin İrəvana enməsi kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimadın formalaşması istiqamətində praktik addım kimi görünür. Birmənalı şəkildə idda etmək olar ki, bu eniş regionda sülh gündəliyinin konkret nəticə verməyə başladığını göstərir.

Əlbəttə, bütün bu dəyişikliklər keçmişin ağrılarını unutdurmur. Şəhidlərin xatirəsi bu proseslərin mərkəzində qalır və qalmalıdır. Məhz onların fədakarlığı nəticəsində bu mərhələyə gəlinib. Paraflanmış sülh müqaviləsinin imzalanması yeni təhlükəsizlik mühitinin əsasını qoydu. Bu müqavilədən sonra itkilərin olmaması onun effektivliyini göstərən əsas faktorlardan biridir.

Ermənistan daxilində isə vəziyyət daha mürəkkəbdir. Cəmiyyət monolit deyil və müxtəlif güc mərkəzləri arasında ciddi fikir ayrılıqları mövcuddur. Kilsə, köhnə siyasi elita və diaspor arasında koordinasiyasızlıq açıq şəkildə hiss olunur. Bu parçalanma Ermənistanın strateji qərar qəbul etmə qabiliyyətini zəiflədir. Keçmiş prezidentlər və onların ətrafı daha çox şəxsi maraqları qorumağa çalışır.

Bu fonda Nikol Paşinyanın siyasəti fərqli xətt üzərində qurulub. O, açıq şəkildə bildirir ki, Ermənistanın təhlükəsizliyi region ölkələri ilə normal münasibətlərdən keçir. Azərbaycan Ermənistanın təhlükəsizliyində əsas qüvvə kimi göstərilir. Bu yanaşma əvvəlki hakimiyyətlərin siyasətindən köklü şəkildə fərqlənir. Paşinyan müharibə ritorikasını minimuma endirməyə çalışır, Ermənistan cəmiyyətinə yeni reallıqları qəbul etdirməyə cəhd edir.

Paşinyanın ən mühüm addımlarından biri kilsənin siyasətdən uzaqlaşdırılması istiqamətindəki cəhdlərdir. Məsələ Ermənistan daxilində müqavimətlə qarşılaşsa da, uzunmüddətli perspektivdə dövlət institutlarının güclənməsi üçün vacibdir. Eyni zamanda, diasporla münasibətlərdə də balans yaratmağa çalışır. O, açıq şəkildə bildirir ki, xaricdən yönləndirilən radikal gündəmlər Ermənistanı daha da zəiflədir.

30 il ərzində işğal altında saxlanılan Azərbaycan ərazilərində Ermənistan heç bir real inkişaf təmin edə bilmədi. İşğal olunmuş ərazilər nə iqtisadi, nə də demoqrafik baxımdan Ermənistan üçün heç bir dəyər yaratmadı. Əksinə, bu siyasət ölkəni beynəlxalq arenada barbar kimi tanıtdı. Nəticədə Ermənistan “status-kvo”nun əsirinə çevrildi.

44 günlük müharibə bu vəziyyətə son qoydu. Yeni reallıq Ermənistan üçün alternativsiz sülh gündəliyini ön plana çıxardı. Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu bəyan edirdi. Hazırda bu reallıqda Azərbaycan təşəbbüskar tərəf kimi çıxış edir. Regionda iqtisadi və nəqliyyat layihələrinin mərkəzində məhz Bakı dayanır.

Azərbaycanlıların İrəvana səfələri məsələsi də bu kontekstdə qiymətləndirilməlidir. Proses mərhələli şəkildə həyata keçirilə bilər. Əsas şərt qarşılıqlı etimadın və hüquqi mexanizmlərin formalaşdırılmasıdır. Proses regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edə bilər.

Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar da diqqət çəkir. Ankara açıq şəkildə bildirir ki, regionda davamlı sülh bütün tərəflərin maraqlarına uyğundur. Türkiyə və Azərbaycan koordinasiyalı şəkildə hərəkət edir və bununla da Ermənistan üçün yeni imkanlar pəncərəsi yaradır.

Paşinyanın siyasəti məhz bu imkanlardan istifadə etməyə yönəlib. O, açıq şəkildə etiraf edir ki, əvvəlki yanaşmalar Ermənistanı çıxılmaz vəziyyətə salıb. Onun siyasətini “reallıqla barışma strategiyası” kimi xarakterizə etmək olar. Paşinyanın strategiyası daxildə tənqid olunsa da, beynəlxalq səviyyədə dəstək qazanır.

Maraqlıdır ki, yeni reallıq region ölkələri ilə yanaşı qlobal güclər tərəfindən də qəbul olunur. ABŞ, Rusiya, Çin, İran və Fransa kimi aktorlar dəyişən balansı nəzərə alır. Bütün bunlar Azərbaycanın diplomatik uğurunun göstəricisidir.

Azərbaycanın lideri İlham Əliyevin formalaşdırdığı siyasi xətt bu proseslərin əsasını təşkil edir. Bu xətt həm hərbi, həm də diplomatik müstəvidə uğur gətirib. Azərbaycan regionda əsas oyunçu statusunu möhkəmləndirib. Bu gün baş verənlər gələcək proseslərin istiqamətini müəyyənləşdirir.

Bütün bu sadalananlar fonunda Paşinyanın “qalib” kimi təqdim olunması ilk baxışda paradoksal görünə bilər. Görünən odur ki, o, Ermənistanı daha böyük fəlakətlərdən uzaqlaşdırmağa çalışır. Müharibədən qaçmaq və sülhə üstünlük vermək onun əsas strategiyasıdır. Əlbəttə ki, belə yanaşma uzunmüddətli perspektivdə Ermənistan üçün daha faydalı ola bilər. Əslində sadalanan addımları ilə Paşinyan öz xalqının qalibidir. Çünki o, erməniləri birdəfəlik ölümdən xilas edir.

Azərbaycanlıların İrəvana gəlişi siyasi diskursun bir hissəsinə çevrilib. İlk baxışdan proses regionda yeni münasibətlər modelinin qurulması deməkdir. Amma bu, həm də tarixi ədalətin bərpasıdır. Qərbi Azərbaycanlıların öz evlərinə dönüşününün başlanğıcıdır.

Xüsusuilə vurğulanmalıdır ki, 44 günlük müharibə regionda yeni bir dövr açdı. Bu dövrün əsas xüsusiyyəti sülh və əməkdaşlıq imkanlarının artmasıdır. Azərbaycan bu prosesdə lider rolunu oynayır. Ermənistan isə seçim qarşısındadır, ya bu reallığı qəbul edib inkişaf edəcək, ya da köhnə siyasətin girovu olaraq qalacaq.

İndi İrəvanda görünən Azərbaycan izi sabah daha geniş miqyas ala bilər. Proses siyasətlə yanaşı sosial və iqtisadi transformasiyanın göstəricisi olacaq. Regionun gələcəyi məhz bu transformasiyanın uğurundan asılıdır.

Elnur ƏMİROV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Aprel 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri