Icma.az
close
up
RU
İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır

İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Hakimiyyət dayanmayacaq, Ermənistan Respublikasının baş prokuroru daha iki müxalifət deputatını toxunulmazlıqdan məhrum etmək üçün yenidən parlamentə gedəcək”. 

Bu açıqlama ilə “Johovurd” qəzeti çıxış edib. Qəzet hökumətdəki mənbələrə istinadən yazır ki, hüquq-mühafizə orqanları hazırda parlamentin “Ermənistan” fraksiyasının deputatları Qarnik Danielyanı və İşxan Saqatelyanı “Terror işi”nə cəlb etməklə məşğuldur. 

Onlar keşiş Baqrat Qalstanyanın terror planlarının həyata keçirilməsinin əsas “qəhrəmanları” hesab olunur. “Üstəlik, prokuror Milli Məclisə “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının lideri İşxan Saqatelyanın həbsi və Qarnik Danielyanın yalnız cinayət işinin başlanması üçün toxunulmazlıqdan məhrum edilməsi ilə bağlı vəsatətlə gedəcək. 

“Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan isə dünən Qarnik Danielyanı keşiş Baqratın evinə kirayə haqqı ödədiyini və bununla terrora sponsorluq etdiyini bildirərək ona qarşı daha ağır cəza verilməsini təklif edib. Lakin “Johovurd” bildirir ki, “Vətəndaş Müqaviləsi”nin Qarnik Danielyanı saxlamamaq, İşxan Saqatelyanı həbsə almaqla bağlı siyasi qərarı var. 

Qeyd edək ki, iyulun 7-də “Ermənistan” fraksiyasının daha iki liderinin deputat toxunulmazlığı ləğv edilib. Sabiq müdafiə naziri, Xocalı qatili Seyran Ohanyan və Artsvir Minasyan deputat mandatından məhrum edildiklərinə görə həbs oluna bilərlər. 

Artıq onların barəsində cinayət işi açılıb. Əgər Danielyanın və Saqatelyanın da toxunulmazlıq statusu aradan qaldırılarsa, eks-prezident Robert Köçəryana bağlı olan “Ermənistan” fraksiyasının deputatlarının sayı 29-dan 25-ə enəcək. Bu isə qarşıdakı bir ildə Baş nazir Nikol Paşinyana qarşı impiçment elan edilməsi prosedurunun pozulması deməkdir.

Yəni müxalifətin deputat yerləri azaldığına görə baş nazirə etimadsızlıq məsələsinin parlamentdə müzakirəyə çıxarılması üçün lazım olan 36 səsi toplaya bilməyəcək. 

İkincisi, “Ermənistan” fraksiyasında aparılan həbslər Paşinyanın 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində kilsə-Köçəryan ittifaqına, yəni Rusiyadan dəstəklənən revanşist müxalifətin qələbəsinə imkan verməmək niyyətini göstərir. 

Buna nail olmaq üçün Paşinyan bütün inzibati resurslardan istifadəyə başlayıb. Paralel olaraq “Terror işi” üzrə Eçmiədzin kilsəsində ruhanilərin həbsinin davamı və katolikos II Qareginin istefaya məcbur ediləcəyi gözlənilir. 

Qeyd edək ki, Paşinyanın hazırda parlament müxalifətinə qarşı siyasi təzyiqlərinin olacağı barədə məlumatlar hələ 2022-2023-cü illərdə yayılmışdı. Onun növbəti parlamentə rusiyayönümlü müxalifəti buraxmamaq planları hazırladığı bildilirdi. 

Baş verən hadisələr həmin məlumatların doğruluğunu göstərir. Paşinyanın yeni parlamentdə qərbyönümlü müxalifəti görmək istədiyinə dair proqnozlar öz təsdiqini tapmağa başlayıb. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan kilsə Qarnik Danielyan İşxan Saqatelyan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyul 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri