Icma.az
close
up
RU
İrəvanda “Tolerantlıq” oyunu keçmədi

İrəvanda “Tolerantlıq” oyunu keçmədi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Hadisə vaqe olur İrəvanın mərkəzi meydanında. Azərbaycanlılar xorla “Qarabağ” mahnısını oxuyurlar. Sonra bu videonu yayan Qərib Babayan saxlanılır. Ona qarşı ekstremizmi, irqi nifrəti təbliğ etməsi ilə bağlı ittiham irəli sürülür. Aydın məsələdir ki, bu həbs ən yuxarı instansiyadan verilmiş sifariş əsasında, həm də xüsusi məqsədlə həyata keçirilir. İntəhası, Paşinyan hökumətinin dünyaya nümayiş etdirməyə hazırlaşdığı “tolerantlıq” oyunu baş tutmur. Məhkəmə Qarabağ mənşəli hay alimin həbsi ilə bağlı vəsatəti rədd edir. Çünki Babayanın polis tərəfindən saxlanılması və hakim qarşısına çıxarılması İrəvanda qısamüddətli etirazlara, hətta mərkəzi yolun bağlanmasına səbəb olur. Bu səbəbdən Babayan sərbəst buraxılır.

Bu barədə erməni mediası geniş xəbərlər dərc etməkdədir. Məsələnin mahiyyətinə bir daha nəzər salaq. Xatırladaq ki, İrəvanın mərkəzində “Qarabağ” mahnısını oxuduğuna görə saxlanılan İran vətəndaşı, soydaşımız xuliqanlıq bəhanəsi ilə Ermənistan polisi tərəfindən həbs edilib. Yanvarın 30-da məlum videonu öz səhifəsində paylaşan Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qərib Babayan Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, inzibati nəzarətə götürülüb və ictimaiyyət qarşısında çıxış etmək hüququ məhdudlaşdırılıb.

İrəvana turist kimi gələn Güney Azərbaycandan olan soydaşlarımız Bəhram Nəsibovun bəstələdiyi “Qarabağ” mahnısını oxuyaraq rəqs ediblər. Bu videonu da internetdə yayan Babayanın kəskin şərhlərlə müşayiət olunan paylaşımını on minlərlə erməni təkrar paylaşaraq, hadisəni “kriminal şou” statusuna qədər yüksəldiblər. Nəticədə, Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin sorğusu əsasında videonu yayan Qərib Babayan ekspremist kimi saxlanılıb.

Video-görüntünü “bir qrup İran azərbaycanlısının informasiya təxribatı” adlandıran hay saytları yazırlar ki, saxlanılan şəxs polis tərəfindən uzun zaman izlənilib və bundan sonra tutulub. Erməni mediasının yaydığı məlumata görə, Erebuni polis şöbəsinə aparılan İran vətəndaşı, 40 yaşlı Milard Vahid Tiqran Mets prospektində ictimai asayişi kobud şəkildə pozmaqda, cəmiyyətə hörmətsizlik etməkdə, həmçinin ictimai nəqliyyatda nalayiq hərəkətlər etməkdə ittiham olunur. Aydın məsələdir ki, iranlı soydaşımızın həbsi Ermənistanın azərbaycanlılara və ümumilikdə, türk mənşəli şəxslərə qarşı sərgilədiyi ayrı-seçkilik, irqi nifrət, dözümsüzlük nümunəsi kimi qiymətləndirilməlidir. Ermənistanın rəsmi dairələri konkret bu hadisəyə “həssas yanaşıldığını”, belə halların milli təhlükəsizlik məsələsi kimi qəbul edildiyini, hətta “tolerant davranıldığını” sərgiləməyə çalışıblar.

Ermənistan baş nazirinin Vaşinqton səfəri ərəfəsində Ağ ev Administrasiyasının diqqət diapazonuna düşmək, özünü “sülh göyərçini” kimi göstərmək cəhdi kimi şərh edənlər də var. Bu zaman hay ekspertlərdən biri Paşinyanın bu yersiz səylərini hay əsilli amerikalı porno-ulduz Kim Kardaşyanın izzəti-nəfs barədə çıxışları qədər saxtakarlıq və riyakarlıq nümunəsi adlandırıb.

Ermənistan və İran arasında mövcud diplomatik münasibətləri nəzərə alsaq, İran vətəndaşının saxlanılması faktının İrəvan–Tehran əlaqələrinə necə təsir edəcəyi də maraq doğurur. Məlum hadisə ilə bağlı İranın Ermənistandakı səfirliyinin rəsmi mövqeyi hələ ki, açıqlanmayıb. Saxlanılan soydaşımızın harada olduğu və ona qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumatların yaxın günlərdə veriləcəyi gözlənilir.

Hay eksperti haqlıdır: Nikol Paşinyan ABŞ-a səfəri öncəsi Babayanı tutdurmaqla “demokrat dövlət başçısı”, “tolerant lider” imicini möhkəmləndirməyi hədəflədiyi şübhəsizdir. Amma hay baş nazirin hərəklətlərindəki diplomatik təzad göz qabağındadır: o, bir yandan “Qarabağ Azərbaycandır” deyir, digər tərəfdən isə “Qarabağ” mahnısını oxuyanları, videosunu yayanları həbs etdirir.

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:693
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri