Icma.az
close
up
RU
Azərbaycanın tolerantlıq ənənələri

Azərbaycanın tolerantlıq ənənələri

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bütün tarixi dövrlərdə çoxmillətli və çoxkonfessiyalı bir ölkə olan Azərbaycanın tolerantlıq ənənələri Azərbaycan multikulturalizminin səciyyəsidir. Azərbaycan torpağını özünə məskən seçən müxtəlif dilli tayfa və xalqlar bu ərazidə qaynayıb-qarışmış, belə tarixi-siyasi-iqtisadi proseslər ölkənin mürəkkəb etnik tərkibini və mədəni simasını müəyyənləşdirib.

Professor Məhəbbət Paşayevanın sözlərinə görə, tarixi İpək yolunda yerləşən Azərbaycan ərazisinin coğrafi mövqeyi, onun çox qədim dövrlərdən müxtəlif karvan yollarının kəsişməsində yerləşməsi, əsrlərdən bəri tayfaların, xalqların bu torpaqlara axın etməsinə səbəb olub. Eyni zamanda bütün qədim dini mərkəzlərin bu ərazidə formalaşmasına şərait yaradıb. İstər tarixin ən erkən mərhələlərindən bu torpaqlarda yaşayan udilər, saxurlar, rutullar, ingiloylar, ləzgilər, avarlar, talışlar, istərsə də daha sonrakı dövrlərdə bu torpaqlara sığınan dağ yəhudiləri, tatlar və lahıclar, kürdlər, ruslar, polyaklar kimi onlarla xalqların hər bir nümayəndəsinə Azərbaycanda hər zaman tam hüquqlu vətəndaş münasibəti göstərilməkdədir. Azərbaycanda yaşayan bütün xalqlar arasında yüz illərə söykənən dostluq və birgəyaşayış ənənələri davam etməkdədir. Bütün tarixi dövrlərdə etnik-dini tolerantlıq mühiti olmuş Azərbaycana güc verən, onu yaşadan xalqın tolerantlıq və ondan doğan multikulturalizm ənənələridir. Keçmişdən bu günə Azərbaycanda etnokultural mühitinin mövcudluğunu şərtləndirən isə bütün tarixi dövrlərdə ölkədə müxtəlif xalqların, dillərin, dinlərin mövcudluğunun qəbul və təqdir edilməsidir. Azərbaycanda mövcud olan müxtəlif mədəniyyətlərin, dillərin, dinlərin dövlət siyasəti ilə dəstəklənməsi, xalqların qarşılıqlı dostluq şəraitində yaşaması kimi davranış tərzinin ölkə qanunları ilə də tənzimlənməsi kimi amillərdir. Azərbaycan dövləti hər zaman bütün ölkə vətəndaşlarına, onların dilinə, dininə, inanclarına sayğı ilə yanaşıb və dəstək olub. Dini zorakılıqla bağlı tarixi faktlara nəzər salsaq görərik ki, tarixin müəyyən mərhələlərində, məsələn, Rusiya imperiyasının ölkəmizi işğal etdiyi dövrdə Azərbaycanın udilər, ingiloylar kimi etnoslarının dini inancları, etnik kimliyi zorla dəyişdirilməyə sövq edilib, bəzən qismən də olsa, buna müvəffəq ola biliblər. Bu da xalqların etnik ənənələrinə təsirsiz ötüşməyib.

Professor bildirib ki, Çar Rusiyası Qafqazda möhkəmlənmək üçün ingiloyların, udilərin etnik kimliyini məhv etmək cəhdləri, alban xristian ənənələrinin və alban kilsəsinin ləgv edilməsi, udilərin qriqoryanlığa məcbur edilməsi kimi hallar bu etnosların tarixi taleyində dərin izlər buraxıb. Lakin bütün bunlar xalqın etnik yaddaşını bir qədər zəiflətsə də, dəyişə bilmədi. Birgə yaşam tərzi Azərbaycan etnoslarının ortaq inanclarını və mədəniyyətini də formalaşdırmışdır. Bu ortaq dəyərlər vahid Azərbaycan xalqının etnik ənənələrini daha da zənginləşdirib: "Bu gün müasir Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin kökündə onların tarixən ortaq mədəni dəyərlərə sahib olmaları da mühüm rol oynayıb. Tarix boyu bu torpaqlarda məskunlaşmış müxtəlif xalqların və dinlərin nümayəndələrinin fərqliliklərinə baxmayaraq, bir-birinə tolerant münasibəti onları daha da yaxınlaşdırıb, doğmalaşdırıb. Bununla da Azərbaycanda multikulturallığın nümunəvi modeli formalaşıb. Hazırda Azərbaycanda tolerantlıq ənənələri keçmişdən günümüzədək daha da zənginləşərək günümüzdə özünün ən yüksək mərhələsini yaşayır. Tarixən müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsi, bu torpaqlarda müxtəlif mədəniyyətlərin bu günədək bir arada yaşaya bilməsi Azərbaycan xalqının tolerant ənənələrinin nəticəsi olsa da, bu ənənələrin qorunub saxlanılması dövlət başçısının şəxsi iradəsi və təşəbbüsündən asılıdır. Azərbaycanda əsrlər boyu formalaşan dini və etnik rəngarəngıik müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyub. Məhz Ulu öndər Heydər Əliyev Azərbaycanda tolerantlığı və multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmışdır. 1999-cu ildən etibarən, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə UNESCO-nun 1995-ci ildən dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış məqsədilə təsis etdiyi 16 noyabr Beynəlxalq Tolerantlıq günü Azərbaycanda da rəsmi olaraq qeyd edilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq siyasəti Azərbaycanda yaşayan bütün xalqları Azərbaycan adı altında birləşdirir. Ulu öndərin etnik və dini azlıqlarla bağlı siyasəti Prezident İlham Əliyevin dövründə daha yüksək səviyyəyə çatıb. Ölkəmizdə yaşayan xalqların mədəniyyəti, tarixi, dili, folkloru, dini və adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi birmənalı olaraq Ümummilli lider Heydər Əliyevin ardıcılı olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Bu gün Azərbaycanda fərqli mədəniyyətlərin qorunması, zənginləşdirilməsi dövlət siyasəti ilə tənzimlənir. Azərbaycanın tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrinin hüquqi və siyasi əsasları bərpa edilib. Çoxmillətli və çoxdinli Azərbaycanın milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların mehriban dostluq şəraitində birgə yanaşı yaşaması prinsipləri əsasında müəyyənləşdirilib. Ölkə tolerantlıq, dini dözümlülük kimi ali dəyərləri möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan, dini etiqad azadlığı ilə bağlı qanunvericilik bazasını gücləndirməsi Azərbaycan Dövlətinin milli siyasətin ana xəttini təşkil edir. Prezidentin apardığı dövlət siyasəti nəticəsində xalqımızın multikultural ənənələrinin qorunması sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübə xüsusi qayğı ilə əhatə olunub. Ölkəmizin zəngin mənəvi irsini qorumaq, onun bəşəriyyətin ortaq mirası kimi dəyərləndirilməsinə nail olması üçün Azərbaycanda mədəni müxtəlifliyin zəngin ənənələrinin qorunması sahəsində ardıcıl və məqsədyönlü siyasət aparılır. Xüsusilə də son illər ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara imza atıb. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında da tarixən formalaşmış tolerant münasibət mövcuddur. Bu münasibət qarşılıqlı hörmətə, əməkdaşlığa və zərurət yarandıqda bir-birini dəstəkləmək prinsipinə əsaslanır. Bunun əsas səbəblərindən biri Azərbaycanda əhalinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, dövlətimizin ölkə ərazisində yaşayan bütün dinlərin nümayəndələrinə eyni diqqət və qayğı göstərməsi, onlara müsəlmanlarla bərabər hüquqlar verilməsidir. Azərbaycanda dinlər və mədəniyyətlərarası dialoqa hər zaman dəstək verilməsindədir. Tarixən Azərbaycanda dini icmalar - müsəlman məscidləri, xristian Alban kilsəsi, pravoslav, katolik, yəhudi sinaqoqları fəaliyyət göstərib və bu gün də bu dini icmalar dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədirlər. Azərbaycan əhalisinin əksəriyyəti İslam dininə etiqad etsə də, ölkə ərazisində islam dininə məxsus icmalarla yanaşı, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Quba və s. rayonlarda müxtəlif dinlərə məxsus 20-dən artıq dini qurum, birlik və icma fəaliyyət göstərir. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri dövlət tədbirlərində, dini mərasimlərdə birgə iştirak edirlər, birlikdə müxtəlif dini bayramları və mərasimləri qeyd edirlər. Bu, tarixən mövcud olan tolerantlıq mühitinin bariz nümunələridir".

Məhəbbət Paşayevanın dediyinə görə, Prezident İlham Əliyev ölkədə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində müsəlmanlara, xristianlara və yəhudilərə heç bir ayrı-seçkilik etmir, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi yolunda mühüm tədbirlər görür. Hər il xristianların bütün dini bayramlarında, xüsusilə də Milad bayramı münasibətilə Prezident İlham Əliyev xristian icmalarına ənənəvi bayram təbriki ünvanlandırır. Ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir. Ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edir. Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində geniş tədbirlər həyata keçirməkdədir.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Oktyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see232

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see231

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see219

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see211

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see206

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see197

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see195

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see195

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see192

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see192

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see188

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see187

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see187

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see178

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see177

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see174

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see168

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see167

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see156

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri