Icma.az
close
up
RU
İrəvandakı Fransa səfirindən təxribat cəhdi Yeni Çağ Media

İrəvandakı Fransa səfirindən təxribat cəhdi Yeni Çağ Media

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Özünün sıradışı gedişləri ilə Güney Qafqazda xalqlar arasında anlaşma və sülhü əngəlləyən Fransanın davranışları heç kimi təəccübləndirmir. Bu dövlətin Prezidenti Emmanuel Makron başda olmaqla yüksək vəzifəli rəsmilər bir qayda olaraq guya ermənilərə yardım etmək üçün Azərbaycana “sataşmağı” özlərinə adət ediblər.

İndi də Fransanın İrəvandakı səfiri Olivye Dekotini (Olivier Decottignies) öz ağlınca Azərbaycana dil uzadıb. O, sosial media hesabında hazırda İranın nəzarətində olan və rəsmən “Qərbi Azərbaycan” adlandırılan ostanın xəritəsini paylaşaraq ingilis dilində “The one and only” (Tək və yalnız) qeydli paylaşım edib.

Məsələyə münasibət bildirən siyasi şərhçi Azər Həsrət deyib ki, “səfir bununla Azərbaycan Respublikasında və dünya Azərbaycanlıları arasında geniş müzakirə mövzusu olan və hazırda Ermənistan adlanan ərazinin əsl Qərbi Azərbaycan olmasından diqqəti yayındırmağa çalışdığını zənn edir. Halbuki bu adam özü də bilmədən Qərbi Azərbaycanın həm də İranın nəzarətindəki hissəsinə diqqət çəkib. Nə deyirik ki, sağ olsun. Olivye Dekotini kimi “diplomatları” maarifləndirmək bizim işimizdir. Ona izah edirik ki, Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil. Tarixi Qərbi Azərbaycan Quzeydə Ermənistandan başlayaraq Güneydə onun xəritəsini dərc etdiyi sözügedən ostanı da öz içinə alır. Yəni o, öz fransızsayağı gedişi ilə Qərbi Azərbaycanı bölməyə çalışıb, amma bilmədən Azərbaycanın bu böyük bölgəsinin də bütövlüyünə diqqət cəlb edib. Bunda da bir xeyir var əlbəttə”.

Onu da əlavə edək ki, Azər Həsrət səfirin paylaşımına cavab da verib və Qərbi Azərbaycanın Güneyini xatırlatdığına görə ona təşəkkür edib: “Səfir, sadəcə sizi maarifləndirmək üçün, bu, Qərbi Azərbaycanın Güney kəsimidir. Qərbi Azərbaycanın bütün ərazisi bugünkü Ermənistanı və o ostanı birlikdə əhatə edir. Ona görə də biz sizə Qərbi Azərbaycanın Güney kəsimini xatırlatdığınız üçün minnətdarıq”.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 25 Noyabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri