İrəvandan açıqlama: Kərki Başkəndlə “dəyişdirilir”?
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan və Ermənistan arasında anklav və eksklavlarla bağlı heç bir razılaşma yoxdur”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
Qurumun rəhbəri qeyd edib ki, tərəflər məsələnin ərazi mübadiləsi yolu ilə həllini müzakirə edirlər: “Belə bir həll yolu mümkündür”.
Simonyan əlavə edib ki, Kərkinin Başkəndlə “dəyişdirilməsi” müzakirə olunsa da, Başkənd Ermənistan ərazisində yerləşən və sovet dövründən qalmış Azərbaycanın bütün eksklavlarının ümumi sahəsindən kiçikdir.
Söhbət Ermənistanın Azərbaycana qaytarmalı olduğu Kərki, Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir. Ermənistan isə Gədəbəy rayonu ərazisində yerləşən Başkəndə iddia edir. Tarixi Azərbaycan ərazisi olan Başkənd qəsəbəsi 1920-ci illərdə SSRİ rəhbərliyi tərəfindən qanunsuz olaraq Ermənistana verilmişdi. Bundan sonra Ermənistan qəsəbənin tarixini adını dəyişdirərək “Artsvaşen” qoyub./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 16 Oktyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















