İrəvandan Bakı benzini ilə bağlı açıqlama “Azərbaycan olmasaydı...”
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanda alternativ neft məhsulları tədarükünün, o cümlədən Azərbaycandan gətirilən benzinin yanacağın qiymətinin daha kəskin artmasının qarşısını aldığı açıqlanıb.
Hurriyyet.media xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hökumətdə bildirib.
Nazirin sözlərinə görə, Ermənistana alternativ neft məhsulları tədarükü, xüsusilə Azərbaycan benzini olmasaydı, ölkənin yanacaq bazarında qiymətlər faizlərlə deyil, dəfələrlə artardı və ya ən azı bir neçə yüz dram bahalaşardı.
Papoyan bildirib ki, Ermənistan dünyanın qalan hissəsindən təcrid olunmuş vəziyyətdə ola bilməz.
Onun sözlərinə görə, dünya bazarında neftin qiyməti yeni rekord həddə çatırsa, bu, qaçılmaz olaraq yanacağın maya dəyərinə təsir göstərir.
Nazirin açıqlamasına əsasən, alternativ tədarük mənbələrinin, o cümlədən Azərbaycandan benzin tədarükünün mövcudluğu Ermənistan bazarında qiymət artımının daha böyük miqyas almasının qarşısını alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Sentyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















