Icma.az
close
up
RU
İrəvandan Putinə Azərbaycan MESAJI

İrəvandan Putinə Azərbaycan MESAJI

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın eks-prezidenti Robert Köçəryan ATƏT-in Minsk Qrupunun buraxılmasına qarşı olduğunu bildirib. 

Köçəryan bununla bağlı Ermənistan hakimiyyətinin Azərbaycanın təklifi ilə razılaşmasını tənqid edib. Qeyd edək ki, Köçəryan Minsk Qrupunu saxlamağın vacib olduğunu deyib. “Minsk Qrupu nəyin bahasına olursa-olsun, saxlanılmalıdır, çünki Minsk Qrupu indi buraxılsa, bu cür yeni beynəlxalq format yaratmaq son dərəcə çətin olacaq”, - deyə Köçəryan bildirib. 

Onun fikrincə, bu gün Minsk Qrupu işə mane olmur. Köçəryanın sözlərinə görə, ATƏT-in Minsk Qrupu danışıqlar formatı kimi yaradılıb və yalnız başqa işçi danışıqlar formatı təşkil edildikdən sonra buraxıla bilər. 

Xatırladaq ki, Azərbaycan tərəfi Minsk Qrupunun buraxılmasını Ermənistanla sülh sazişinin əsas şərtlərindən biri kimi irəli sürür. Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycanın mövqeni anladığını və əgər münaqişə yoxdursa, o zaman münaqişənin həlli ilə məşğul olan formatın mövcudluğunun mənasının qalmadığını deyib. 

Robert Köçəryanın Minsk Qrupu ilə bağlı fikirləri ciddiyə alınmaya bilər. 

Çünki o, rəsmi vəzifə daşımır və sülh müqaviləsinin imzalanmasında da həlledici rola malik deyil. Müxalifət lideri kimi də onun siyasi proseslərə təsir imkanları çox zəifdir. Köçəryanın liderlik etdiyi “Ermənistan” deputat fraksiyası parlamentdəki 107 yerdən 29-na sahibdir. Yəni ölkədə reytinqi xeyli aşağı olan Köçəryan Paşinyanın qəbul etdiyi qərarların qarşısını almaq gücündə deyil. 

Görünür ki, sabiq prezidenti hərəkətə gətirən səbəblər daha çox xarici amillərlə bağlıdır. Belə ki, Robert Köçəryanın sözügedən açıqlama ilə çıxış etməsi daha çox Minsk Qrupunun dağılmasına səbəb olan beynəlxalq geosiyasi şəraitin dəyişməsi ilə bağlıdır. 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərblə yaranmış hərbi-siyasi qarşıdurma Minsk Qrupuna daxil olan həmsədr dövlətlərin əməkdaşlığını mümkünsüz etdi. Bu barədə 2022-ci il aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verərək ABŞ və Fransanın Rusiya ilə əlaqə saxlamaqdan imtina etdiklərini demişdi. 

“ATƏT-in Minsk Qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk Qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”,-deyə Lavrov bəyan etmişdi. 

2022-ci il noyabrın 18-də ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker də Minsk Qrupunun dağıldığını etiraf etdi. “ATƏT-in Minsk Qrupu artıq fəaliyyət göstərmir və Vaşinqton yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində Azərbaycanla Ermənistan arasında sülh yolu ilə nizamlanma ilə məşğuldur. Proseslər elə sürətlə inkişaf edir ki, artıq Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur”,- deyə Riker qeyd edib. 

Əslində, Minsk Qrupunun fəaliyyətinə xitam verilməsini zəruri edən əsas səbəb Rusiya-Ukrayna müharibəsi deyil, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi olub. Bununla da Minsk Qrpunun missiyasına heç bir ehtiyac qalmadı. 44 günlük müharibədən sonra artıq Minsk Qrupu fəaliyyətini de-fakto dayandırmışdı. Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları ikitərəfli formatda aparılır. 

Ona görə də müzakirələrdə üçüncü tərəfin iştirakına ehtiyac yoxdur. Lakin ABŞ və Rusiya arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar fonunda həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın tədricən bərpa olunacağı gözlənilir. Bu baxımdan, Vaşinqton və Moskva arasında mümkün yaxınlaşma Minsk Qrupu çərçivəsində də birgə fəaliyyətin bərpasına şərait yarada bilər. 

Təbii ki, Donald Tramp və Vladimir Putin arasında anlaşmanın baş tutması adıçəkilən siyasi formatın saxlanılması istiqamətində Nikol Paşinyanın da manevr imkanlarını artıra bilər. 

Ermənistan hakimiyyəti ABŞ-ni və Fransanı yenidən danışıqlar prosesinə cəlb etməklə, sülh prosesini uzatmağa, könüllü gedən ermənilərin Qarabağa qayıtması şərtini gündəmə gətirməyə çalışacaq. Bu da öz növbəsində sülh danışıqlarına zərbə deməkdir. 

Robert Köçəryanın mesajları isə konkret olaraq, Prezident Putinə ünvanlanıb. Sabiq prezident ABŞ ilə danışıqlarda əlini gücləndirən Rusiyanın Ukraynadan sonrakı əsas hədəflərindən birinin Ermənistanda hakimiyyət dəyişikliyi olacağını yaxşı bilir. 

Ona görə də R.Köçəryan dostu Putinə “Mən hakimiyyətə gəlsəm, Ermənistan-Azərbaycan sülh prosesini Moskva platformasında, Rusiyanın maraqları çərçivəsində davam etdirməyə hazıram” ismarıcını verir.  

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri