Icma.az
close
up
RU
İrəvandan Bakıya gələn qonağın planı bəlli oldu Qafqazda sürpriz həmlə

İrəvandan Bakıya gələn qonağın planı bəlli oldu Qafqazda sürpriz həmlə

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 2-də Azərbaycana səfər etdi. Səfər iki baxımdan diqqət çəkir:

Frank-Valter Ştaynmayer Azərbaycana səfər edən ilk Almaniya prezidentidir; Almaniya prezidenti Azərbaycana Ermənsitandan gəlib.

Ştaynmayer səfər çərçivəsində Prezident İlham Əliyevlə təkbətək görüşüb. Görüşdən sonra isə prezidentlər mətbuata bəyanatla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Almaniya Avropanın ən mühüm ölkələrindəndir. Hətta ən azı Fransa və Böyük Britaniya qədər Cənubi Qafqazla tarixən yaxından maraqlanan iqtisadi, siyasi yenilikləri izləyən, nüfuz qazanmaq istəyən ölkədir. Yuxarıda dediyim kimi, Ştaynmayer Azərbaycana səfər edən ilk Almaniya prezidentidir. Və o, öncə Ermənistana, sonra Azərbaycana gəlib.

Hər iki detal çox mühümdür və səfərin səbəbi ilə bağlı fikir deməyə əsas verir. Aydın məsələdir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar yekunlaşıb. İki ölkə sülhə yaxın olduğu üçün hazırda ABŞ, Rusiya, Böyük Britaniya kimi, Almaniya da prosesdə iştirak etmək, daha dəqiq desək, vasitəçi olmaq istəyir.

Ştaynmayer mətbuatın suallarını cavablandırarkən Ermənistana səfər zamanı edilən səhvi “Biz məsələlərə beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deyərək düzəltdi. Yəni göründüyü kimi, rəsmi Berlin sülh prosesində yer almaq istəyir.

Almaniya prezidenti çıxışında Almaniya və Fransa arasında çoxsaylı müharibələrdən danışıb və bu gün iki xalqın keçmişi geridə qoyduğunu, dost xalqlar olduğunu qeyd etməsi edib:

“Cənubi Qafqazda da sülh şəraitində yaşanılması üçün səylər göstərilməli, işlər görülməlidir”.

Əslində, Almaniya-Fransa münasibətləri Ermənistan və Azərbaycan üçün maraqlı və müəyyən mənada məqbul misaldır. Bunu Berlinin perspektivdə regionu və Bakı-İrəvan münasibətlərini necə görmək istədiyi kimi də qiymətləndirmək olar. Lakin Cənubi Qafqazın reallıqları fərqlidir. Region uğrunda böyük güclərin maraqları tez-tez dəyişir və bu, bölgə ölkələrinin münasibətlərinə təsirsiz ötüşmür. Lakin yenə də Azərbaycan sülhdə maraqlıdır.

Azərbaycan Prezidenti almaniyalı həmkarı ilə görüşdə İrəvandan gözləntisini və sülh üçün iki mühüm şərtini açıqladı:

ATƏT-in Minsk qrupu ləğv edilməlidir; Ermənistan konstitusiyasındakı ərazi iddialarını ehtiva edən maddələr dəyişməlidir.

Azərbaycan üçün sülhün hansı ölkədə, kimin vasitəçiliyi ilə imzalanmasının heç bir fərqi yoxdur. Ölkə başçısı iki şərtini açıqladı. Bu həm Ermənistana, həm Almaniyaya, həm də sülhün imzalanmasında iştirak etmək istəyən aktorlara açıq mesajdır. İrəvanı bu iki şərtin icrasına razı salan ölkə vasitəçi ola bilər.

Almaniyanın Ermənistanı Bakının şərtlərinə razı salıb-salmayacağını zaman göstərəcək, amma Berlinin boş dayanmayacağı bəllidir. Məsələ ondadır ki, Almaniya sülh prosesində iştirakdan əlavə regional enerji layihələrində də yer almaq istəyir. Yəni sülh prosesində iştirakın pərdəarxasında regiona nüfuz və iqtisadi maraqlar var.

Berlin Parisdən fərqli olaraq tərəf tutmaq istəmir. Yəni İrəvanı, ya da Bakını dəstəkləməkdənsə, tərəfləri uzlaşdırıb daha güclü əməkdaşlıq qurmağı düşünür. Buna nail olsa, şübhəsiz, regiona ciddi alman investisiyasının axın etdiyini görmək olar. Bakı üçün sülhü təmin edəcək ölkə məqbuldur. Digər tərəfdən, Almaniya ilə əməkdaşlıq bir çox baxımdan dividend gətirə bilər.

Ümumiyyətlə, Cənubi Qafqaz vacib regiondur. Bakı regionun dəyərini bildiyi üçün bir çox halda üst pərdədən danışır. Bu da onu daha dəyərli edir. Bakının yanaşması daha uğurludur. O ki qaldı Bakının şərtlərinə, Almaniya ATƏT-in Minsk Qrupunun ləğvinə nail ola bilər. Ermənistan konstitusiyasındakı dəyişiklik isə Berlin üçün çətin məsələdir. Çünki Almaniyanın Ermənistana təzyiq imkanları azdır. Lakin bu məsələdə də müvafiq addımlar ata bilərlər. Effektivliyini isə zaman göstərəcək.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri