Icma.az
close
up
RU
İrəvandan Bakıya yeni TƏKLİF

İrəvandan Bakıya yeni TƏKLİF

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi Türkiyə və Azərbaycanla sərhədlərin açılacağı təqdirdə, bütün ssenarilərə hazırdır.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan parlamentdə jurnalistlərə bildirib.

“Bizim vəzifəmiz istənilən ssenaridə gömrük nəzarətini təşkil etməkdir. Əgər söhbət blokadanın, sərhədlərin açılmasından gedirsə, o zaman biz sadəcə buna hazır olmalıyıq.

O mənada hazırıq ki, bizdə, məsələn, istənilən ssenariyə uyğunlaşmağa və gömrük nəzarətini həyata keçirməyə imkan verən müvafiq avadanlıq və mexanizmlərə malik Marqara (Alican) məntəqəsi var”, - deyə Akopyan bildirib.

Komitə sədri Ermənistanın Naxçıvana təklif etdiyi malların sadələşdirilmiş tranzitinin təfərrüatlarını açıqlamayıb və qeyd edib ki, ölkənin Baş naziri və baş nazirin müavini artıq ictimaiyyətə açıqlana biləcək bütün detalları söyləyib.

Eyni zamanda, Akopyan Gürcüstan və İranla sərhəd hissələrində sadələşdirilmiş rejimlərin artıq qüvvədə olduğunu bildirib.

Onun sözlərinə görə, mallar üçün “yaşıl” və “qırmızı” dəhlizlər mövcuddur:

“Dövlət Gəlirləri Komitəsi Azərbaycandan daxil olan mallara münasibətdə öz səlahiyyətləri çərçivəsində, eləcə də sərhədin digər hissələrinə maksimum nəzarəti həyata keçirəcək”.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyun 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri