Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

İrəvandan Berlinə yol və çiçəkləyən şaftalı ağacının altında səssizcə bitən həyat

İrəvandan Berlinə yol və çiçəkləyən şaftalı ağacının altında səssizcə bitən həyat

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1914-cü ilin yazı. İrəvan bağlarının ən gözəl çağları idi. Meyvə ağacları çiçəkləmişdi, torpaq yamyaşıl otların arasından görünmürdü.

Uzaqdan baxanda elə bil İrəvan əyninə bəyaz və çəhrayı çiçəklərdən köynək,otlardan isə yaşıl tuman geyinmişdi. 

Başından qar əskik olmayan Ağrı dağı isə bu bənzərsiz mənzərədə bəyaz örtü kimi görünürdü. Zəngi çayı aşağıdan axır, bir az yuxarıda isə “Abu Həyat” bulağının səsi bu gözəlliyə bir ahəng qatırdı. İbrahimlə Məhəmməd ərik ağacının altında, yaşıl otların üstündə uzanmış, söhbət edirdilər. Onlar həm dost, həm də dayıoğlu-bibioğlu idilər. Məhəmməd birdən İbrahimə tərəf dönüb soruşdu: 

– İbrahim, sən hər şeyi əvvəldən hiss edirsən. Mənim də gələcəyimi deyə bilərsən? 

İbrahim ona diqqətlə baxdı. Bir anlıq susdu. Sanki içindən soyuq dalğa keçdi. Sonra ard-arda, fasilə vermədən dedi: 

– Bir neçə ildən sonra siz burada yaşamayacaqsınız. Yaxınlarınızın bir qismi öldürüləcək, qalanlar isə didərgin düşəcək. Sən də ailəni itirəcəksən. Amma başqa bir ölkədə yenidən evlənəcək, dörd övlad sahibi olacaqsan. əhəmməd heç bir söz demədi. İbrahim də susdu. Bir neçə saniyə keçdi. Sonra Məhəmməd dilləndi:

 – Adam adama belə söz deyər? Həm də inanmıram sənə... 

O zamandan otuz il keçmişdi. Məhəmməd kişi Əfruzla birlikdə çətinliklə tikdikləri iki otaqlı evin həyətində, şaftalı ağacının altında oturmuşdu. Başını qaldırıb budaqlara baxdı və bir zamanlar İrəvanda, ərik ağacının altında bibisi oğlu İbrahimlə etdiyi söhbəti xatırladı. O söhbətdən dörd il sonra, 1918-ci ilin yazında baş verənlər gözlərinin önündə canlandı. 

Həmin günlərdə ermənilər türkləri doğma yurdlarından qovur, kəndləri viran qoyur, əhalini isə amansızlıqla qırırdılar. Silahsız əhalinin qarşısında mütəşəkkil və silahlı erməni dəstələri vardı. Məhəmməd o qırğınlarda həyətdəki qoz ağacının başına dırmaşaraq gizlənmiş, sonra gecə ikən Dəlmə bağlarına qaçmışdı. 

Ermənilər qadın və uşaqları soyundurub damlara doldurmuş, sonra da od vurub yandırmışdılar. Damların içindən yüksələn qışqırıq, inilti illərlə Məhəmmədin kabusu oldu. Məhəmməd tez-tez İbrahimin dediklərini xatırlayırdı. "Dörd övladın olacaq" – bu söz yaddaşına həkk olmuşdu. 

İllər keçır, onun beş övladı olur. Ancaq balaca Nəriman göy öskürəyə tutulur. Türkəçarə edən həkimlər qan alınmalı olduğunu deyirlər. Balaca Nəriman qan axmadan gözlərini əbədi yumur. İbrahimin dediyi gerçəyə çevrilir. 

İndi o, daha çox Əlini düşünürdü. Böyük oğlu, 21 yaşlı Əli neçə aydı Almaniyada əsir idi. Anası Əfruzun gözləri ağlamaqdan tutulmuşdu. Məhəmməd kişinin bircə təsəllisi qalmışdı: Əgər İbrahim dörd övlad demişdisə, deməli, Əli sağ-salamat qayıdacaqdı... 

Əli Məhəmməd oğlu Məmmədov 1923-cü ildə Gəncədə, irəvanlı ailədə dünyaya gəlib. Ailəsi onun doğulduğu ayı dəqiq xatırlamırdı, bu səbəbdən müharibədən sonra Qələbə Gününü onun doğum günü kimi qeyd edirdilər. 1941-ci ildə məktəbi qızıl attestatla bitirir. Ədəbiyyata böyük həvəsi vardı. 16 yaşında yazdığı pyes və şeirlər bu günə kimi saxlanılır. 

Əli məktəbi bitirən il müharibə başlayır. Onu Tiflisə, aviasiya üzrə hərbi-təlim məktəbinə göndərirlər. Altı aylıq təlimdən sonra gənc Əli cəbhəyə yollanır. İlk döyüşü müharibənin şərq cəbhəsi Kurskda olur. SSRİ, Polşa,Yuqoslaviya, İtaliya və ADR-in birgə istehsalı olan "Azadlıq" ("Освобождение") filminə hər baxanda deyirdi ki, mən də Dnepri keçmişəm və sonra əlavə edərdi:

“O gün Dneprin sularında saysız-hesabsız əsgər papağı üzürdü. Həlak olan əsgərlərin papaqları”. 

1943-cü ildə Kiyev ətrafında gedən döyüşlərin birində yaxınlığında mərmi partlayır. Əli ayağından ağır yaralanır, huşunu itirir. Gözlərini açanda qarşısında alman əsgərlərini görür. Yaralı olduğu üçün almanlar onu öldürmək istəyirlər. Elə bu anda Nikolay adlı rota komandiri araya girir, almanlara başa salır ki, Əli sağdır. Sonra onu yerindən qaldırır və əlindən tutub zorla yeriməyə vadar edir. Əli iki il əsirlik həyatı yaşayır. Günlərin birində iki alman əsgəri ona yaxınlaşır və soruşurlar: 

-“Du bist Jude?”( “Sən yəhudisən?) 

Əli bu sözləri “еда” – “yemək” kimi anlayır və ümidlə “hə” cavabını verir. Cavab verən kimi əsgərlər onu yerə yıxıb döyməyə başlayırlar. Nə baş verdiyini anlamadan ağrı  içində çırpınır. Yenə də köməyinə rota komandiri Nikolay çatır. Onu almanların əlindən alır, səbəbini soruşur. Almanlar deyir: 

“Bu yəhudidir.” Nikolay isə “O, yəhudi deyil,müsəlmandır”,-deyə bildirir. Əsirlikdə almanlar yeyib tulladıqları kartof qabıqlarını əsirlərə atırdılar, amma o qabıqlara bir addım yaxınlaşanlar güllələnirdi. Əli Məmmədov o günləri belə xatırlayırdı:

“1945-ci ilin aprelində oyandıq ki, itlərin səsi gəlmir. Halbuki hər səhər onların hürüşməsinə gözlərimizi açırdıq. Baxdıq ki, nə almanlar var, nə də itlər. Qəribə səssizlikdir. Birdən tank səsləri eşidildi. Qəfil barakların qapısı açıldı. Qarşımızda rus polkovniki dayanmışdı. Bizi görəndə ağladı...” 

Əli və digər əsirlər birbaşa xəstəxanaya aparılır. Beş ay müalicə aldıqdan sonra Polşanın Krakov şəhərində hərbi xidmətini davam etdirir. 1946-cı ilin aprelində Əli vətənə- Azərbaycana dönür. Göstərdiyi igidlik və qəhramanlığa görə orden və medalla təltif olunur. 

O, əvvəlcə Tibb Universitetinə daxil olur, lakin maddi çətinliklər səbəbilə təhsilini yarımçıq qoyur. Gəncəyə qayıdaraq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsində oxumağa başlayır. Elə burada da gələcək həyat yoldaşı ilə tanış olur, ailə qurur və beş övlad böyüdürlər. 

P.S. Bütün bu yaşananlardan Məhəmməd kişinin heç vaxt xəbəri olmur. Onun ürəyi 21 yaşlı oğlunun əsirlikdə necə zülmlər çəkdiyi düşüncəsinə dözmür. 1944-cü ilin aprelində, həyətdəki çiçəkləyən şaftalı ağacının altında səssizcə gözlərini həyata əbədi yumur… 

Səbinə Uğur 
"Cebheinfo.az" 

Açar sözlər: İrəvan Berlin yol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see225

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see217

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see200

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see187

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see184

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see176

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri