Icma.az
close
up
RU
İrəvandan təxribat Bakı hərəkətə keçdi

İrəvandan təxribat Bakı hərəkətə keçdi

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

İrəvanda qondarma “erməni soyqırımı” ilə bağlı yürüşdən əvvəl qardaş Türkiyənin bayrağı yandırılıb. Avtosfer.az "Globalinfo"ya istinadən xəbər verir ki, Azərbaycan–Ermənistan sülh danışıqları, Ermənistan–Türkiyə münasibətlərinin normallaşma prosesinin getdiyi bir zamanda belə bir hadisənin baş verməsi düşündürücüdür.

İrəvan təxribata göz yumdu

Bu hadisə bir daha onu deməyə əsas verir ki, Ermənistan cəmiyyətində anti-türk, anti-Azərbaycan, həmçinin revanşizm və vandalizm meyilləri qalır. Və bu, qısa zamanda dəyişəcək kimi görünmür. Düzdür, ötən illərlə müqayisədə sülhdə maraqlı olan bir kəsim formalaşsa da, bu prosesi istəməyən, əleyhinə olan şəxslər üstünlük təşkil edir.

Hadisə fonunda Ermənistan Baş naziri Nikol Paşinyanın reaksiyası, daha doğrusu, maraqları naminə bir çox şeyə göz yumması diqqət çəkir. Belə ki, N.Paşinyan bayraq yandırma praktikasını qınayıb, bunu məsuliyyətsiz və qəbuledilməz adlandırıb. Bununla belə, İrəvanda təşkil olunmuş “tədbir”də belə bir aktın törədilməsi və hakimiyyətin, polisin buna yol verməsi də bariz şəkildə görünür. Halbuki belə bir hadisə baş verməyə də bilərdi.

İğtişaş qorxusu

Paşinyan hadisəni pisləsə də, baş verməməsi üçün xüsusi heç nə etmədi. Çünki aksiyanın qarşısı alınsa, bu iğtişaşa və gərginliyə səbəb ola bilərdi. Paşinyan rəqiblərinin əlini gücləndirəcək, seçki nəticələrinə təsir edəcək ən kiçik addımı belə atmaqdan ehtiyat edir. Buna görə də o, sadəcə belə bir açıqlama ilə kifayətləndi.

Lakin nəticə nə olur olsun, baş vermiş hadisəyə görə Ermənistan hakimiyyəti birbaşa məsuliyyət daşıyır. Buna görə də məsələ araşdırılmalı və buna yol verənlər məsuliyyətə cəlb olunmalı, cəzalandırılmalıdır.

Türkiyədən gələn reaksiya şok edir

Baş verən hadisədən çox, Türkiyə mediasının sükuta qərq olması, sanki heç belə bir hadisə olmayıb kimi davranması təəccüb doğurur. Türkiyə bayrağına təhqir və hörmətsizliyə səssiz qalan bəzi Türkiyə “media” qurumlar nədənsə son zamanlar hər xırda bir məsələyə görə Azərbaycanı açıq hədəf halına gətirirdi. Halbuki Azərbaycan xalqı Türkiyə bayrağını ən azı öz bayrağı qədər sevir, Türkiyəni ikinci vətən kimi görür. Amma bu gün bayrağın təhqirinə susan bəzi türk media subyektləri Türkiyə və Azərbaycan xalqlarını üz-üzə qoyacaq, qardaş ədavəti yaradacaq qədər irəli gedən manipulyativ və əsassız yazıları manşetdən verirdilər.

Bakı-Ankara yenə birlikdədir

Xoşbəxtlikdən Türkiyə–Azərbaycan münasibətləri bir-iki yazı ilə pozulacaq qədər kövrək deyil. İki ölkə rəsmi səviyyədə bir-birinin müttəfiqidir. O ki qaldı Ermənistana, İrəvan məsuliyyətini dərk etməli və baş verən hadisədə dəxli olan hər kəsi məsuliyyətə cəlb etməlidir. Əks təqdirdə belə hadisələr yenidən təkrarlana bilər ki, bu həm Azərbaycan–Ermənistan sülh danışıqlarına, həm də Ermənistan–Türkiyə münasibətlərinin normallaşma prosesinə mənfi təsir edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Aprel 2026 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri