Icma.az
close
up
RU
İrəvanın Bakıdan istədiyi kənd Bu 6 rayonumuz təhlükə altına düşə bilər

İrəvanın Bakıdan istədiyi kənd Bu 6 rayonumuz təhlükə altına düşə bilər

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, anklav kəndlərlə bağlı müzakirələr davam edəcək:

“Bizə məxsus olan, amma Azərbaycanın nəzarətində olan ərazilər var, Azərbaycana məxsus, amma bizim nəzarətimizdə olan ərazilər də var. Delimitasiya prosesi davam etməlidir. Harada Azərbaycana məxsus ərazilər varsa, onları qaytarmalıyıq, harada Ermənistana məxsus ərazilər varsa, onlar da bizə qaytarılmalıdır”.

Qeyd edək ki, Ermənistan ərazisində Azərbaycana qaytarılmalı olan anklav kəndlər mövcuddur. Söhbət Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Kərki kəndlərindən gedir. Ermənistan isə Gədəbəy rayonu ərazisində yerləşən Başkəndə iddia edir.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Azərbaycan tərəfi Ermənistana ərazi qaytarmaqdan danışmayıb:

Həmçinin oxuyun:

Prezidentin “Əl-Ərəbiyyə”yə müsahibəsi beynəlxalq mediada geniş işıqlandırıldı – FOTO

Əziz Əlibəyli

“Rəsmi Bakı bunu deməməklə yanaşı, bir vacib məqamı da nəzərə alır. Söhbət Ermənistanın tarixi Azərbaycan torpaqlarında qurulmasından gedir. Yəni onlara qarşı ərazi iddiası irəli sürülmür, amma dərinə gedildikdə nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistan əleyhinə çox məsələlər irəli sürə bilər. Hər halda Vaşinqton görüşünün nəticəsi imkan verməməlidir ki, tərəflər ziddiyyətli açıqlamalarla gündəmi dəyişdirsinlər. Söhbət Azərbaycandan getmir, amma dünən Ermənistan Baş nazirinin verdiyi bəzi bəyanatlar müxtəlif müzakirələrə yol açır.

Azərbaycan Prezidentinin addımları konkret strategiyaya əsaslanır və ölkənin suverenliyinə söykənir. Mütləq başqa yol tapılıb, Başkənd məsələsi həll ediləcək. Bu ərazinin Ermənistana verilməsi Tovuza, Qazaxa, Gədəbəyə, Kəlbəcərə, Şəkiyə, Gəncəyə və digər bölgələrə təhlükə yaradar. Böyük bir ərazinin təhlükəsizliyinin itirilməsi deməkdir. Gədəbəyin əhəmiyyəti necə Tərtərin əhəmiyyətidirsə, Başkənd də bütün bu ərazilər üçün nəzarət imkanı yaradır.

Bakıdan cavab verilməsi ehtimalı böyükdür. Amma bunun konkret necə olacağı hələlik bəlli deyil. Vaşinqton görüşünün nəticələri Ermənistana qol-qanad açmağa əsas vermir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Avqust 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri