Icma.az
close
up
RU
Bakıdan gözlənilən əsas addım: İrəvanın qarşısında hansı tələb var?

Bakıdan gözlənilən əsas addım: İrəvanın qarşısında hansı tələb var?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və Ermənistan arasında sülh prosesində əsas mübahisəli məsələlərdən biri olaraq Ermənistan Konstitusiyasına dəyişiklik tələbi gündəmdə qalır. Bakı hesab edir ki, Ermənistanın əsas qanununda Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia kimi qiymətləndirilən müddəalar aradan qaldırılmadan davamlı sülhün hüquqi təminatından danışmaq mümkün deyil. İrəvan isə Konstitusiyanın dəyişdirilməsini zəruri hesab etmir. Bəs Ermənistan bu addımı atmaqdan imtina edərsə, sülh prosesi hansı mərhələyə keçəcək? Tərəflər arasında danışıqlar davam edəcək, yoxsa münasibətlərdə yeni gərginlik yaranacaq? Belə vəziyyət regionda sülh və əməkdaşlıq perspektivlərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan politoloq Züriyyə Qarayeva bildirib ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməməsi Bakı və İrəvan arasında sülh prosesinin yekun hüquqi rəsmiləşdirilməsi mərhələsini çətinləşdirə bilər:

"Rəsmi Bakının mövqeyinə görə, Ermənistanın əsas qanununda yer alan və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia kimi qiymətləndirilən müddəalar aradan qaldırılmadan davamlı sülhün hüquqi təminatlarından danışmaq çətindir: Ermənistan tərəfi isə mövcud Konstitusiyanın sülh müqaviləsinin imzalanmasına maneə yaratmadığını bildirir. Bu fikir ayrılığı davam edərsə, tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq müəyyən istiqamətlər üzrə irəliləsə də, yekun sülh sazişinin imzalanması və ratifikasiyası qeyri-müəyyən müddətə uzana bilər. Belə vəziyyətdə proses tamamilə dayanmaqdan daha çox, siyasi razılaşmaların mövcud olduğu, lakin onların hüquqi baxımdan yekunlaşdırılmadığı mərhələdə qalacaq".

Politoloqun sözlərinə görə, digər tərəfdən, Konstitusiya məsələsinin həllini tapmaması Azərbaycan-Ermənistan münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə mənfi təsir göstərə bilər:

"Xüsusilə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regional iqtisadi əməkdaşlıq kimi istiqamətlərdə əldə olunan irəliləyişlərin davamlılığı siyasi münasibətlərin ümumi vəziyyətindən asılı olacaq. Bununla belə, Konstitusiya dəyişikliyinin baş tutmaması avtomatik olaraq yeni hərbi qarşıdurmanın başlanacağı anlamına gəlmir. Tərəflər sülh müqaviləsi imzalanmadan da diplomatik təmasları, sərhəd məsələləri üzrə danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirə bilərlər. Lakin Azərbaycanın əsas tələblərindən biri kimi gündəmdə qalan bu məsələnin həll olunmaması yekun sülhün əldə edilməsində başlıca siyasi maneələrdən biri olaraq qalacaq".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri