Icma.az
close
up
RU
İrəvanın konstitusiya oyunu: Bir tərəfdə sülh, digər tərəfdə hakimiyyət

İrəvanın konstitusiya oyunu: Bir tərəfdə sülh, digər tərəfdə hakimiyyət

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əgər biz Azərbaycan Konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırsaq, bu, bizim öz mövqeyimizlə ziddiyyət təşkil edər”. 

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 16-da jurnalistlərə açıqlamasında belə deyib.

“Biz konstitusiya ilə bağlı mövqeyimizi bildirmişik və heç bir dəyişiklik elan etməmişik. Bu mövqe dəyişməyib.Qərar ondan ibarətdir ki, artıq paraflanmış sülh sazişinin mətni bu məsələni de-yure, tam və hərtərəfli qaydada həll edib. Konstitusiyaya gəlincə, bizim xarici siyasət gündəliyimizin heç bir istiqamətində konstitusiya dəyişikliyi mövzusu yoxdur. Bizim konstitusiya ilə bağlı daxili gündəliyimiz var və “Vətəndaş Müqaviləsi” Partiyasının 7-ci Qurultayında qəbul edilmiş bəyannamədə bu açıq şəkildə qeyd olunub”, - deyə Paşinyan əlavə edib. 

Qeyd edək ki, bu, son günlər Ermənistan konstitusiyasına dəyişikliklə bağlı səslənən ikinci bəyanatdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 13-də verdiyi açıqlamada ölkənin Azərbaycan qarşısında konstitusiyanı dəyişmək barədə öhdəlik götürmədiyini deyib. “Bu, daxili məsələdir. Bəli, Azərbaycan bunu deməyə davam etdirir və şərt kimi göstərir. Biz bu əlaqəni qəbul etmirik”,- deyə Mirzoyan bildirib.

Bunun ardınca Nikol Paşinyanın konstitusiya dəyişikliyi ilə bağlı təkzib verməsi dolayısı ilə referendumun Azərbaycanın tələbi ilə keçirilməyəcəyinə işarədir. Ermənistan hakimiyyəti əslində yeni konstitusiyanın qəbul olunması üçün ümumxalq səsverməsinin keçiriləcəyini istisna etmir. Hətta Ararat Mirzoyan referendumun olacağını təsdiq edib. Sadəcə olaraq, rəsmi İrəvan daha çox bu dəyişikliyin Azərbaycanın tələbi ilə həyata keçirildiyinə dair müxalifətin ittihamlarını neytrallaşdırmağa çalışır. 

Çünki Ermənistanda 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərindən öncə radikal müxalifətin konstitusiya dəyişikliyi mövzusundan Nikol Paşinyan hakimiyyətinə qarşı antitəbliğat vasitəsi kimi istifadə edəcəyi gözlənilir. Referendumun seçkilərdən sonra keçiriləcəyi gözlənilsə də, Ermənistan rəhbərliyi bu məsələnin geniş ictimai müzakirə predmetinə çevrilməsini istəmir.  

Yəni müxalifət Nikol Paşinyanı Azərbaycanın tələblərini icra edərək Ermənistan konstitusiyasını dəyişdirməkdə ittiham edəcək. Ona görə də Ararat Mirzoyanın və Nikol Paşinyanın təkzib xarakterli açıqlamaları daha çox daxili ictimai rəyə və seçkilərə hesablanıb. Əslində isə Nikol Paşinyan konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxartmadan sülhün mümkün olmayacağını yaxşı bilir. 

Azərbaycan tərəfi konstitusiyanın Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan preambula hissəsi çıxarılmayana qədər yekun sülh müqaviləsini imzalanmayacağını bildirir. Bu baxımdan, konstitusiya dəyişikliyi həyata keçirilmədən yekun sülh müqaviləsi imzalana bilməz. Üstəlik, Ermənistan konstitusiyasının 168.3-cü maddəsinə görə, sülh müqaviləsi ratifikasiya olunmazdan əvvəl  onun konstitusiyaya və qanunvericiliyə uyğunluğunu yoxlanılmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməlidir. 

Belə olan halda Ermənistan ərazi iddialarını konstitusiyada saxlayıb, müqavilədə isə Azərbaycanın ərazisini tanıya bilməz. Yəni  Ermənistan Konstitusiya Məhkəməsi bu sənədin ratifikasiyası üçün müsbət rəy verməyəcək. Ona görə də referendumun keçirilməsi qaçılmazdır. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Açar sözlər: Paşinyan konstitusiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri