Icma.az
close
up
RU
Paşinyanın ikili oyunu: Bir tərəfdə sülh çağırışı, digər tərəfdə təxribat

Paşinyanın ikili oyunu: Bir tərəfdə sülh çağırışı, digər tərəfdə təxribat

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib, həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiqinin yolverilməzliyi prinsiplərini vurğulayıb.

Paşinyan Ermənistan və Azərbaycanda fəaliyyət göstərən bütün siyasi və ictimai qüvvələri həddindən artıq məsuliyyət nümayiş etdirməyə, bu prinsiplərə zidd və sülh prosesinə zərər verə biləcək bəyanatlardan çəkinməyə çağırıb.

"Bu məntiqin alternativi yoxdur. O, aydın və ardıcıl şəkildə təbliğ edilməlidir. Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdir. Müharibə olmayacaq, sülh olacaq".

Maraqlıdır, İrəvanda nə baş verir? Ermənistan doğrudanmı illərlə sürən münaqişədən geri çəkilir? Paşinyan hökumətinin yeni reallıqlara uyğunlaşması sadəcə sözlü mesajdır, yoxsa real dəyişikliklərin başlanğıcıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Paşinyanın son bəyanatları zahirən sülhə xidmət edirmiş kimi görünsə də, reallıqda bu, sadəcə sözlərdən ibarətdir.

Millət vəkili qeyd edib ki, Paşinyan “sülhün bütün bəndləri razılaşdırılıb”, “sərhəddə yeni eskalasiya olmayacaq” kimi fikirlər səsləndirir və hər kəsi buna əmin etməyə çalışır:

“Amma sülhə inam yaratmaq üçün təkcə bəyanatlar yetərli deyil, bu bəyanatların əməllərlə nə dərəcədə üst-üstə düşdüyünə baxmaq lazımdır. Əgər Paşinyanın sülh çağırışlarının gerçəkliyini qiymətləndirmək istəyiriksə, onun praktiki addımlarına nəzər salmalıyıq.

Təəssüf ki, hazırkı vəziyyət bu bəyanatlarla tam ziddiyyət təşkil edir. Ermənistan Silahlı Qüvvələri demək olar ki, hər gün şərti sərhəddə Azərbaycan mövqelərini atəşə tutur. Eyni zamanda, “Yerkrapa” kimi yarımhərbi terrorçu qruplaşmalar sərhəd xəttinə yerləşdirilir.

Digər tərəfdən, Ermənistan ordusu İranla birlikdə mütəmadi hərbi təlimlər keçir və ölkə silahlanmanı sürətlə davam etdirir. Bütün bu gedişatlar fonunda Paşinyanın sülh haqqında dedikləri real deyil”.Onun sözlərinə görə, hazırda ATƏT-in Minsk qrupunun ləğvi məsələsi də öz həllini tapmayıb:

"Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları da olduğu kimi qalır. Bu məsələlərin hələ də həll olunmaması, rəsmi İrəvanın sülhə tam sadiq olmadığını göstərir.Bundan əlavə, sülh müqaviləsinin rəsmi predmeti olmasa da, Zəngəzur dəhlizinin açılmaması problemi də ortadadır. 

Bu məsələ tam həll olunmadan bölgədə uzunmüddətli sabitlikdən danışmaq mümkün deyil.Hesab edirəm ki, biz sülhə yaxınlaşmaq əvəzinə, Ermənistanın artan aqressiv davranışları və silahlanması fonunda sülhdən daha da uzaqlaşırıq. Hazırkı vəziyyət məhz bu şəkildə xarakterizə olunmalıdır".

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: Paşinyan çıxış Hikmət Babaoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri