İrəvanın poliqonlarından birində partlayış baş verib
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İrəvanın Nubaraşen poliqonunda partlayış baş verib, ardınca isə yanğın olub.
"Ölkə.az" xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
İlkin məlumata görə, partlayış poliqonun mühafizə postunun yanındakı otaqda baş verib və buna ilkin səbəb kimi, qaz sızması göstərilir.
"Saat 18:00 radələrində İrəvan bələdiyyəsində qeydiyyatda olan Nubaraşen poliqonunda partlayış və yanğın baş verməsi barədə operativ məlumat daxil olub. Biri son dərəcə ağır vəziyyətdə olan iki yaralı Milli Yanıq Mərkəzinə və İrəvan xəstəxanalarından birinə çatdırılıb", - bəyanatda bildirilir.
Qeyd olunur ki, zərərçəkənlər poliqonun direktoru 36 yaşlı Sarkis Xaçatryan və 54 yaşlı əməkdaş Edik Misakyandır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 18 Aprel 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















