İrəvanın mərkəzində partlayış Yaralanan var
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın paytaxtı İrəvanda hərəkətdə olan avtomobildə partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Shamshyan” nəşri məlumat yayıb.
Hadisə noyabrın 28-də saat 10:30 radələrində Arzumanyan küçəsində qeydə alınıb. “Range Rover” markalı avtomobildə baş verən partlayış nəticəsində yanğın başlayıb.
Hadisə zamanı bir nəfər xəsarət alıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.
Yanğın nəticəsində avtomobil tamamilə yararsız vəziyyətə düşüb, yaxınlıqda park edilmiş “Kia” və “Nissan” markalı avtomobillərə də ziyan dəyib.
Faktla bağlı cinayət işi başlanılıb.
Bu mövzuda digər xəbərlər:İrəvanın mərkəzində partlayış olub
30 Sentyabr 2025 17:57
İrəvanın mərkəzində partlayış baş verdi
02 Sentyabr 2025 17:16
Ukraynada ticarət mərkəzində partlayış Ölən və yaralanan var
21 Noyabr 2025 19:00
Kirmanşahda partlayış Yaralanan var
16 İyun 2025 10:45
Kiyevin mərkəzində atışma Yaralanan var
28 Yanvar 2025 22:41
Baxış sayı:49
Bu xəbər 28 Noyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















