Icma.az
close
up
RU
İrəvanın sülhə “sadiqliyi”: Yaxud Simonyanın sülhə qarşı olanlara təşəkkürü

İrəvanın sülhə “sadiqliyi”: Yaxud Simonyanın sülhə qarşı olanlara təşəkkürü

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, iyulun 17-də Belçika Nümayəndələr Palatası Azərbaycanın suveren ərazisində – Qarabağda keçirdiyi antiterror tədbirlərini təhrif edən, ölkəmizə qarşı əsassız ittihamlarla dolu qətnamə qəbul edib. Belçika parlamenti Qarabağda separatçılara qarşı keçirilmiş antiterror əməliyyatını “hücum” kimi qiymətləndirib və bu addımın beynəlxalq hüquqa zidd olduğunu iddia edib.

Həmçinin, Qərbi Azərbaycan konsepti çərçivəsində səsləndirilən bəyanatlar da qərəzli “hədə” kimi təqdim olunub. Üstəlik, qətnamədə Azərbaycanın qondarma rejimin “rəhbərlərini” guya “qanunsuz” saxladığı və “müəmma doğuran” məhkəmə prosesləri apardığı iddia olunub. Bununla yanaşı, Belçika hökumətinə Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirmək tövsiyə olunub.

Eyni zamanda, Avropa İttifaqından da Azərbaycanla münasibətlərin yenidən nəzərdən keçirilməsi istənilib. Göründüyü kimi, sözügedən qətnamə başdan-sona yalanlardan ibarətdir. Belçika parlamenti separatçılara açıq dəstəyini nümayiş etdirmək üçün ölkəmiz əleyhinə reallığı əks etdirməyən maddələrdən formalaşan qətnamə qəbul edib.

Azərbaycanla sülh gündəliyinə sadiq qaldığını iddia edən Ermənistan da ölkəmizə yönəlik bu qətnaməyə sevinənlər arasındadır.

“Cebheinfo.az” xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qarşı qərəzli və təxribat xarakterli qətnaməyə görə rəsmi şəkildə təşəkkür edib. O, “X” platformasında açıqlama yayıb və qətnamənin müəllifləri El Van Xuf və Mişel de Maeqeyə təşəkükr edib. Simonyan qondarma sənədin qəbulunda iştirak edən bütün deputatlara minnətdarlığını çatdırıb.

Beləliklə, Ermənistanın sülh gündəliyinə nə qədər “sadiq” olduğunu parlament səviyyəsində nümayiş etdirmiş olub.

Xəzər

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri