Icma.az
close
up
RU
Kir Starmer: Trampın Ukraynada sülhə sadiqliyi səmimidir

Kir Starmer: Trampın Ukraynada sülhə sadiqliyi səmimidir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün parlamentdə çıxışı zamanı bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukraynada sülhə nail olmaq öhdəliyi səmimidir.

AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, ötən həftə Ağ evdə Donald Tramp ilə görüşü haqqında danışan K.Starmer prezidentin sülhə davamlı dəstəyini yüksək qiymətləndirib: “Avropa təhlükəsizliyi ilə bağlı apardığımız müsbət müzakirələri alqışlayıram. O cümlədən Trampın NATO-nun 5-ci maddəsinə açıq dəstəyini qeyd etmək istəyirəm. Bizim dialoq nəticəsində əldə olunan qarşılıqlı anlaşmanı alqışlayıram, çünki bu, iki ölkənin Ukraynada davamlı sülhün təmin edilməsi üçün təhlükəsizlik məsələlərində birgə əməkdaşlığını nəzərdə tutur. Eyni zamanda, prezidentin bu sülhə davamlı dəstəyini yüksək qiymətləndirirəm. Bu, heç kəsin şübhə etməməli olduğu bir həqiqətdir”.

Baş nazir əlavə edib ki, bazar günü Avropa və digər müttəfiq ölkələrin bu prosesdə daha aktiv rol oynamaq üçün hazırlıqlarını sürətləndirmək barədə razılığa gəlinib: “Əgər lazım gələrsə, bu, həm də qoşunların yerüstü əməliyyatları və hava dəstəyi ilə müşayiət oluna bilər”, - deyə o bildirib.

O, Avropanın bu məsələdə əsas yükü daşımalı olduğunu vurğulasa da, uğur üçün güclü ABŞ dəstəyinin vacib olduğunu qeyd edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Mart 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri