İrəvanın təhvil verdiyi iki “suriyalı döyüşçü” kimdir? Palyan rüsvay etdi
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ermənistanın keçmiş insan haqları müdafiəçisi Arman Tatoyan İrəvanın Dəməşqə təhvil verdiyi suriyalı döyüşçülərlə bağlı paylaşım edib.
Globalinfo.az xəbər verir ki, o, həmin döyüşçülərin guya “terrorçu” olduğunu yazıb və bu şəkildə azadlığa buraxılmasının qəbuledilməz olduğunu qeyd edib.
Tatoyan deyib ki, guya İrəvan iki suriyalının əvəzində Bakıdakı bütün erməniləri ala bilərdi.
Onun bu fikirlərinə erməni fəal Armen Palyan sərt reaksiya verib:
“Ey rus nökərləri, tüpürüm ölülərinizin başına! Əgər bizim üçün həmin Suriya vətəndaşları terrorçudursa, onda azərbaycanlılar üçün də müharibədə döyüşən Livan vətəndaşları terrorçudur”.
Palyan A.Tatoyanın dezinformasiya yaydığını və sülh prosesinə qarşı çıxan ruspərəst olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistan Azərbaycana qarşı müharibədə, həmçinin atəşkəs dövründə muzdlulardan istifadə edib. Burada xüsusən Livandan gətirilmiş terrorçular aktiv rol alıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 15 Yanvar 2026 07:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















