İrəvanla Brüssel Ermənistandakı Aİ missiyası barədə razılığa gəldilər
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İrəvan və Brüssel Avropa İttifaqı müşahidə missiyasının (EUMA) Azərbaycanla sərhəddə iştirak müddəti ilə bağlı razılığa gəliblər.
Moderator.az xəbər verir ki, sözügedən məqam 2 dekabr 2025-ci ildə Brüsseldə qəbul olunmuş və bu gün Ermənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş "Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyi" adlı sənəddə əksini tapıb.
Tərəflər missiyanın ərazidə qalma müddətini Ermənistanın tələb və ehtiyacları ilə bağlayırlar.
"Azərbaycanla sərhəd boyunca təhlükəsizliklə bağlı müşahidələrin aparılması və hesabatların hazırlanması, Ermənistanın münaqişənin təsir etdiyi bölgələrində təhlükəsizliyi bərqərar etmək və regionda sülhə və stabilliyə dəstək üçün etimadı möhkəmləndirmək məqsədilə Ermənistandakı Aİ missiyasının (EUMA) tam operativ potensialını təmin etmək. Zəruri olduğu müddətcə EUMA-nın mövcudluğunu saxlamaq", - sənəddə qeyd olunur.
Xatırladaq ki, EUMA 20 fevral 2023-cü ildə fəaliyyətə başlayıb. Aİ Şurası 30 yanvar 2025-ci ildə Ermənistandakı müşahidəçi mandatının müddətinin iki il - 19 fevral 2027-ci ilədək uzadılmasına qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 03 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















