İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş rejimdə işləyəcək
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bayram günlərində və fövqəladə hallarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Xidmətdən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə dayanıqlı təchizatı üçün bütün təşkilati və texniki tədbirlər görülür, qəza xidmətləri fasiləsiz işləyir.
"Digər günlərdə olduğu kimi bayram günlərində də mərkəzi idarə aparatında, şəhər və regional sukanal idarələrində 24 saatlıq növbətçilik təmin olunur. Abonentlər içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə bağlı 24 saat fəaliyyət göstərən '955' Zəng Mərkəzinə müraciət edə bilərlər", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 19 Mart 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















