İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti təşəkkürnaməyə layiq görlüdü
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində "ASAN müraciət” informasiya sisteminin 2024-cü il ərzində həyata keçirilmiş fəaliyyətin yekunlarına həsr olunan tədbir təşkil olunub.
AZXEBER.CONM xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış "ASAN xidmət”in fəaliyyətində vətəndaş məmnunluğunun hər zaman prioritet olduğunu, bu məqsədlə müasir texnologiyalardan və həllərdən istifadə edildiyini vurğulayıb. O, "ASAN müraciət” platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb.
Ardınca müraciətlərə baxılmasında fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN könüllülərinə təşəkkürnamələr təqdim olunub.
Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Asan Xidmət və KOB Evləri ilə işin təşkili və müraciətlərin qəbulu sektorunun müdiri Bəhruz İsrəfilov iştirak edib. 2021-2025-ci illər ərzində daxil olan 1366 müraciətin 80%-nin müvafiq şəkildə cavablandırılması istiqamətində göstərdiyi fəaliyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təşəkkürnaməsinə layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 12 Mart 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















