Icma.az
close
up
RU
İRİA: Azərbaycanda nüvə kriminalistikası sahəsində işğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

İRİA: Azərbaycanda nüvə kriminalistikası sahəsində işğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 12 iyun, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, videoda radiasiya texnologiyaları, məhsulların sterilizasiyası, qamma şüalandırması və radionuklid analizi üzrə xidmətlər, müasir laboratoriya imkanları və eləcədə ölkəmizdə sahibsiz radioaktiv materialların axtarışı ilə bağlı ətraflı məlumat yer alıb.

Qeyd edək ki, Nüvə tədqiqatları departamenti radionuklid analizləri, qamma şüalandırma, radiasiya cihazlarının quraşdırılması və təmiri, nüvə kriminalistikası sahəsində xidmət göstərir və radiasiya və nüvə texnologiyalarını tətbiq edərək ölkəmizdə radiasiya təhlükəsizliyinə tövhə verir. Departament tərəfindən mineral sular, qida və sənaye məhsullarının radiasiya təhlükəsizliyi üzrə radioloji sınaqları həyata keçirilir.

Qamma şüalandırma texnologiyası tibbi və əczaçılıq məhsullarının sterilizasiyası, qida məhsullarının mikrob yükünün azaldılması və rəf ömrünün uzadılması məqsədilə istifadə olunur. Eyni zamanda bu texnologiya qədim əlyazmaların, mədəni irsin qorunması və polimer tullantıların utilizasiyası kimi digər sahələrdə də tətbiq edilir.

Departament radioloji ölçü avadanlıqlarının quraşdırılması, sazlanması, texniki xidməti və təmiri, eləcə də sənaye mühitində avtomatlaşdırma işləri kimi sifarişləri həyata keçirir. Bununla yanaşı, istifadəçilər və mütəxəssislər üçün təlim proqramları təşkil edir, elmi-tədqiqat layihələri həyata keçirir və beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Eyni zamanda, nüvə kriminalistikası sahəsində işğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır.

Dövlət obyektləri, yaşayış məntəqələri, su mənbələri və əkin sahələrinin radiasiya təhlükəsizliyi tədqiq edilir. Sahibsiz radioaktiv mənbələri və qeyri-qanuni tranzit zamanı aşkar edilən nüvə və radioaktiv materiallarının ekspertizasını yerində həyata keçirir, aidiyyəti qurumlara texniki və metodik dəstək göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see307

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see141

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see138

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see136

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see128

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see120

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see120

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri