Icma.az
close
up
RU
İrlandiyada 1 milyon insanın öldüyü dəhşətli aclıq Türk sultanın jesti

İrlandiyada 1 milyon insanın öldüyü dəhşətli aclıq Türk sultanın jesti

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

XIX əsrin ortalarında İrlandiya sakinləri tarixlərinin ən dəhşətli hadisəsi – aclıqla üzləşdilər.  1 milyon insanın həyatına son qoyan, daha 1 milyon insanın isə ölkədən mühacirət etməsi ilə nəticələnə həmin humanitar faciə ada əhalisinin demək olar ki, 25% azalmasına səbəb oldu. 1845-1849-ci illəri əhatə edən aclıq tarixdə İrlandiya Kartof Aclığı kimi xatırlanır. Aclıq irlandların əsas qida rasionu olan kartofda patogen mikroorqanizmin (Phytophthora infestans)  kök salması və kartof toxumlarını kütləvi şəkildə məhv etməsi ilə bağlı idi. Bu ağır situasiyada irland xalqının yardımına Osmanlı İmperiyası gəldi.

Lent.az barəsində az söhbət edilən həmin humanitar jest barədə yazını təqdim edir.

Aclıq illəri sırasında irlandiyalılar üçün ən çətin il 1847-ci il hesab olunur, çünki vəba epidemiyası başlamış və həmin il çox az kartof əkilmişdi. Ancaq tarixdə “qara 1847” kimi düşən həmin tarixin özəl tərəfi də var idi. Osmanlı sultanı, 23 yaşlı Əbdül-Məcid İrlandiya xalqının əzab-əziyyətləri barədə xəbəri alır və o, ac insanlara kömək üçün 10.000 ingilis funt sterlinqi göndərmək qərarına gəlir. Müasir dillə desək, bu, 1 milyon ingilis funt sterlinqindən bir qədər çox idi. Amma sultanın xoşniyyətliliyi o zaman Irlandiyanı nəzarətdə saxlayan Britaniya İmperiyasının xoşuna gəlmir.

Belə ki, qıtlığın ilk ilində kraliça Viktoriya İrlandiya adasının sakinlərinə cəmi 2 000 funt sterlinq yardım ayırmışdı. Kraliçanın məsləhətçiləri Osmanlı Sultanının irlandlara vermək istədiyi məbləği öyrəndikdə həmin məbləğdə pulun göndərilməsinə icazə vermək istəmədilər. Axı, məbləğ monarxın köməyini üstələyirdi və bu, ingilislər üçün qəbuledilməz idi. Nəticədə I Əbdül-Məcidə cəmi 1000 funt sterlinq yardım etmək imkanı tanınır, lakin əlavə olaraq sultan üç gəmini qida və dərmanla təchiz edərək İrlandiyaya yola salır. İngilis hökuməti Osmanlı gəmilərinin gəlməsinin qarşısını almaq üçün hər cür cəhd etsələr də, lakin uzun danışıqlardan sonra onları buraxdılar. Amma bunu şərt qoyaraq etdilər. Osmanlı yardım gəmiləri İrlandiya paytaxtı Dublin şəhərinin limanına gəmilərin yanalmalarına qadağa qoyulub. Osmanlılar daha 50 kilometr şimalda Droqeda liman şəhərinə getməli oldular və burada yerli sakinlərə ərzaq payladılar. Droqeda sakinləri minnətdarlıq əlaməti olaraq yaşadıqları şəhərin gerbinə xilafət rəmzlərini - ulduz və aypara əlavə edirlər. Gerb bu gün də mövcuddur. Ancaq minnətdarlıq hekayəsi bununla bitmir. İrlandiya minnətdarlığı 1853-1856-cı illər Krım müharibəsi zamanı özünü göstərdi. Böyük Britaniya Rusiya İmperiyasına qarşı mübarizədə Osmanlı İmperiyasının müttəfiqinə çevrildi. Tarixçilər yazır ki, 30.000 nəfərdən ibarət irland əsgərlər korpusu “Sultan Əbdül Məcid üçün xüsusi şövqlə döyüşürdü, çünki irlandlar Osmanlı hökmdarının bir neçə il əvvəl göstərdiyi yardımı xatırlayırdılar”.

İrlandiya xalqı osmanlılara öz hörmətini Birinci Dünya Müharibəsi zamanı da göstərdi. Belə ki, irlandlar Böyük Britaniyanın tərəfində Osmanlı İmperiyasına qarşı vuruşduğu zaman britaniyalı zabitlər dəfələrlə irlandların “türklərlə döyüşməkdən çəkindiklərindən” yuxarılara şikayət edirdilər. İrlandiyalı yazıçı Ceyms Coys da əfsanəvi “Uliss” romanında Sultan Əbdül Məcidin ac irlandlara köməyindən bəhs edir. Romanın qəhrəmanlarından biri belə deyir: “Hətta böyük türk bizə öz piastrlarını (pul) göndərdi” və beləliklə, ingilisləri çətin anlarda İrlandiya xalqına kifayət qədər kömək etmədiklərinə işarə etdi. Kartof aclığından 170 il ötsə də, bu gün də İrlandiya dövləti sultan Əbdül-Məcidin etdiyi jesti minnətdarlıq duyğusu ilə xatırlayır, türk xalqına rəğbət bəsləyir.  

1995-ci ildə Droqeda şəhərinin mərkəzi binalarından birində üzərində bu hadisə ilə bağlı xatirə lövhəsi qoyulub. Hətta yerli futbol klubu da bu hadisəni öz loqotipində əbədiləşdirib. İrlandiyanın əsas liqasında çıxış edən “Droqeda Yunayted” komandasının loqosunda İslam simvolları - ulduz və aypara əks olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Dekabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri