Icma.az
close
up
RU
İrlandiyada 1 milyon insanın öldüyü dəhşətli aclıq Türk sultanın jesti

İrlandiyada 1 milyon insanın öldüyü dəhşətli aclıq Türk sultanın jesti

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

XIX əsrin ortalarında İrlandiya sakinləri tarixlərinin ən dəhşətli hadisəsi – aclıqla üzləşdilər.  1 milyon insanın həyatına son qoyan, daha 1 milyon insanın isə ölkədən mühacirət etməsi ilə nəticələnə həmin humanitar faciə ada əhalisinin demək olar ki, 25% azalmasına səbəb oldu. 1845-1849-ci illəri əhatə edən aclıq tarixdə İrlandiya Kartof Aclığı kimi xatırlanır. Aclıq irlandların əsas qida rasionu olan kartofda patogen mikroorqanizmin (Phytophthora infestans)  kök salması və kartof toxumlarını kütləvi şəkildə məhv etməsi ilə bağlı idi. Bu ağır situasiyada irland xalqının yardımına Osmanlı İmperiyası gəldi.

Ölkə.az lent.az-a istinadən barəsində az söhbət edilən həmin humanitar jest barədə yazını təqdim edir.

Aclıq illəri sırasında irlandiyalılar üçün ən çətin il 1847-ci il hesab olunur, çünki vəba epidemiyası başlamış və həmin il çox az kartof əkilmişdi. Ancaq tarixdə “qara 1847” kimi düşən həmin tarixin özəl tərəfi də var idi. Osmanlı sultanı, 23 yaşlı Əbdül-Məcid İrlandiya xalqının əzab-əziyyətləri barədə xəbəri alır və o, ac insanlara kömək üçün 10.000 ingilis funt sterlinqi göndərmək qərarına gəlir. Müasir dillə desək, bu, 1 milyon ingilis funt sterlinqindən bir qədər çox idi. Amma sultanın xoşniyyətliliyi o zaman Irlandiyanı nəzarətdə saxlayan Britaniya İmperiyasının xoşuna gəlmir.

Belə ki, qıtlığın ilk ilində kraliça Viktoriya İrlandiya adasının sakinlərinə cəmi 2 000 funt sterlinq yardım ayırmışdı. Kraliçanın məsləhətçiləri Osmanlı Sultanının irlandlara vermək istədiyi məbləği öyrəndikdə həmin məbləğdə pulun göndərilməsinə icazə vermək istəmədilər. Axı, məbləğ monarxın köməyini üstələyirdi və bu, ingilislər üçün qəbuledilməz idi. Nəticədə I Əbdül-Məcidə cəmi 1000 funt sterlinq yardım etmək imkanı tanınır, lakin əlavə olaraq sultan üç gəmini qida və dərmanla təchiz edərək İrlandiyaya yola salır. İngilis hökuməti Osmanlı gəmilərinin gəlməsinin qarşısını almaq üçün hər cür cəhd etsələr də, lakin uzun danışıqlardan sonra onları buraxdılar. Amma bunu şərt qoyaraq etdilər. Osmanlı yardım gəmiləri İrlandiya paytaxtı Dublin şəhərinin limanına gəmilərin yanalmalarına qadağa qoyulub. Osmanlılar daha 50 kilometr şimalda Droqeda liman şəhərinə getməli oldular və burada yerli sakinlərə ərzaq payladılar. Droqeda sakinləri minnətdarlıq əlaməti olaraq yaşadıqları şəhərin gerbinə xilafət rəmzlərini - ulduz və aypara əlavə edirlər. Gerb bu gün də mövcuddur. Ancaq minnətdarlıq hekayəsi bununla bitmir. İrlandiya minnətdarlığı 1853-1856-cı illər Krım müharibəsi zamanı özünü göstərdi. Böyük Britaniya Rusiya İmperiyasına qarşı mübarizədə Osmanlı İmperiyasının müttəfiqinə çevrildi. Tarixçilər yazır ki, 30.000 nəfərdən ibarət irland əsgərlər korpusu “Sultan Əbdül Məcid üçün xüsusi şövqlə döyüşürdü, çünki irlandlar Osmanlı hökmdarının bir neçə il əvvəl göstərdiyi yardımı xatırlayırdılar”.

İrlandiya xalqı osmanlılara öz hörmətini Birinci Dünya Müharibəsi zamanı da göstərdi. Belə ki, irlandlar Böyük Britaniyanın tərəfində Osmanlı İmperiyasına qarşı vuruşduğu zaman britaniyalı zabitlər dəfələrlə irlandların “türklərlə döyüşməkdən çəkindiklərindən” yuxarılara şikayət edirdilər. İrlandiyalı yazıçı Ceyms Coys da əfsanəvi “Uliss” romanında Sultan Əbdül Məcidin ac irlandlara köməyindən bəhs edir. Romanın qəhrəmanlarından biri belə deyir: “Hətta böyük türk bizə öz piastrlarını (pul) göndərdi” və beləliklə, ingilisləri çətin anlarda İrlandiya xalqına kifayət qədər kömək etmədiklərinə işarə etdi. Kartof aclığından 170 il ötsə də, bu gün də İrlandiya dövləti sultan Əbdül-Məcidin etdiyi jesti minnətdarlıq duyğusu ilə xatırlayır, türk xalqına rəğbət bəsləyir.  

1995-ci ildə Droqeda şəhərinin mərkəzi binalarından birində üzərində bu hadisə ilə bağlı xatirə lövhəsi qoyulub. Hətta yerli futbol klubu da bu hadisəni öz loqotipində əbədiləşdirib. İrlandiyanın əsas liqasında çıxış edən “Droqeda Yunayted” komandasının loqosunda İslam simvolları - ulduz və aypara əks olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Dekabr 2024 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri